İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi
Bizi izləyin

Digər

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu göndərib.

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu göndərib.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

"Milli bayramınız - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Böyük Hersoqu Anriyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm