Cəbhədə həyacan: Tovuza əlavə hərbi qüvvə yığılır - VİDEO
Bizi izləyin

Digər

Cəbhədə həyacan: Tovuza əlavə hərbi qüvvə yığılır - VİDEO

Son günlər Tovuzun Əlibəyli kəndi istiqamətində ermənilərin atəşkəsi intensiv şəkildə pozması cəbhə bölgəsində vəziyyəti xeyli gərginləşdirib.

Son günlər Tovuzun Əlibəyli kəndi istiqamətində ermənilərin atəşkəsi intensiv şəkildə pozması cəbhə bölgəsində vəziyyəti xeyli gərginləşdirib.

Xatırladaq ki, iyunun 19-dan başlayaraq ermənilərin Tovuzun sərhəd kəndlərini atəşə tutması nəticəsində Əlibəyli kənd sakinləri 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan Nağıyeva yaralanıb. Yaralılar hazırda Tovuz şəhər xəstəxanasındadılar.

Kənd sakinləri bildiriblər ki, ermənilərin cəbhə bölgəsində bu fəallığı Azərbaycan tərəfini təcili tədbirlər görməyə vadar edib. Sakinlər bildirir ki, bu gün günorta saatlardan başlayaraq Tovuzda olan hərbi hissələrdən cəbhəyə canlı qüvvələr cəlb edilir. Canlı qüvvələr əsasən Tovuzun ermənlərlə sərhəd olan iki kəndində - Əlibəyli və Ağdam kəndində səfərbər edilir.

Tovuz sakinlərinin göndərdiyi videoda 20-dən çox “Zil” markalı hərbi texnikanın Əlibəyli və Ağdam kəndi istiqamətinə əsgər daşıdığını göstərilir. /Aktual.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm