Müxalifət Fəxri Xiyabana ayrılıqda gedir
Bizi izləyin

Digər

Müxalifət Fəxri Xiyabana ayrılıqda gedir

24 iyun Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Müxalifət düşərgəsi eks-prezidentin məzarını ziyarət edəcəklər. Lakin bu ziyarət ayrılıqda olacaq.

Publika.az xəbər verir ki, Müsavat Partiyası sabah saat 11:00-da Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət edəcək. Müsavat Partiyasının icra aparatının rəhbəri bu barədə deyib ki, 24 iyun Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü o taylı bu taylı vətənimizi sevən hər kəs tərəfindən sevimli bir bayram günü kimi qeyd edilir: “Sabah saat 11.30 da Fəxri Xiyabanda liderimizin məzarını ziyarət edəcəyik. Arzu edənlər dəvətlidir”.

Milli Şura isə ziyarəti Müsavatdan sonra ayrılıqda edəcək.
Qeyd edək ki, Müsavat Milli Şuradan ayrıldıqdan sonra bu qurumla münasibətlər gərgindir. Analoji hal Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət vaxtı da yaşanmışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm