R.T.Ərdoğan: “Ey Baxçalı, sübut edə bilməsən, alçaqsan”
Bizi izləyin

Digər

R.T.Ərdoğan: “Ey Baxçalı, sübut edə bilməsən, alçaqsan”

Baş nazir Ərdoğan yenə çox sərt danışdı.

Publika.az xəbər verir ki, Türkiyə baş naziri R.T.Ərdoğan partiyasının qrup toplantısında çıxış edir. O, MHP (Milliyətçi Hərəkat Partiyası) lideri Dövlət Baxçalıya qarşı təhqiramiz ifadələrdən istifadə edib: “Bu gün səhər verdiyi açıqlamaya baxsanız görərsiniz ki, Baxçalı yenə ağzından tüpürcəklər axa-axa danışır. Amma biz o cür danışmırıq.

Baxçalının danışığı şər-böhtan dolu danışıqdır. 16-17 ildir partiyanın lideridir. Partiyanın olduğu yer məlumdur. MHP-ni alçaldan bu adamla heç bir yerə vara bilməzsiniz. Bu adam siyasətdə şagird belə olmadı və olmayacaq da. Bu adamın sədr olmağı MHP üçün təhlükəlidir. Oğluma yer təsis edilib – Baxçalı bunu deyir. Ey Baxçalı sübut edə bilməzsən, alçaqsan, şərəfsizsən”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm