“Niaqara”da zəhərləndiyini deyən oğlan restorandan üzr istədi
Bizi izləyin

Digər

“Niaqara”da zəhərləndiyini deyən oğlan restorandan üzr istədi

“Niaqara” restoranında paytaxt salatından zəhərləndiyini iddia edən İlkin Həsənov restorandan üzr istəyib.

Bu barədə "Qafqazinfo"ya məlumat verən İlkin Həsənov həkim müayinəsinin nəticəsini də açıqlayıb:

"16 iyun 2014 cü il tarixində Niaqara Restoranında zəhərləndiyimlə bağlı məlumat yaymışdım. Amma həkim müayinəsindən sonra məlum oldu ki, mədəmdə olan ağrılar zəhərlənmə ilə əlaqədar deyil, soyuqdəymə təsirindən baş verib. Dəqiqləşdirilməmiş məlumat verdiyimə görə, özümə borc bilib Niaqara restoranının rəhbərliyindən və kollektivindən üzr istəyirəm".

Qeyd edək ki, sözügedən məlumat "Qafqazinfo"da da yayımlanmışdı. “Niaqara” restoranın inzibatçısı Nizam Fərəcov isə saytımıza açıqlamasında heç bir zəhərlənmə hadisəsinin baş vermədiyini qeyd etmişdi: “Restoranda çoxlu qonaqlar olub. Əgər belə bir şey olsaydı, onlar da zəhərlənərdilər. Kim deyir ki onlar paytaxt salatından zəhərləniblər? Bu diaqnozu kim qoyub? Həkim rəyini bizə təqdim etsinlər. Qaydaya görə zəhərlənmə dörd saat ərzində özünü büruzə verməlidir. Restoranda da birinci salatlar yeyilməyə başlayır. Əgər zəhərlənmə olsaydı, onlar restoranda olan vaxt bu hadisə baş verərdi, evə gedəndən sonra yox".

Xatırladaq ki, zəhərlənmə ilə bağlı informasiya yayımlanandan sonra Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işçiləri restorana gedərək paytaxt salatı başda olmaqla digər yeməklərin də tərkibini yoxlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm