Putin Ukrayna ilə bağlı geri addım atdı
Bizi izləyin

Digər

Putin Ukrayna ilə bağlı geri addım atdı

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadəyə icazə verən qərarın ləğvini istəyib.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, prezident bu barədə Rusiya Federasiya Şurasına müraciət edib.

Kreml mətbuat xidmətindən verilən məlumata görə, prezident Federasiya Şurasının sədri Valentina Matviyenko adını məktub göndərib. Federasiya Şurasının sədri isə açıqlamasında bildirib ki, prezidentin bu müraciəti Ukrayna ilə münasibətlərin qaydaya salınması ilə bağlı Rusiyanın arzusunu göstərir.

Xatırladaq ki, sözügedən qərar 1 Mart 2014-cü il tarixində qəbul edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm