Abbas Abbasovun oğlu Putinin atasına vəzifə verməsindən DANIŞDI
Bizi izləyin

Digər

Abbas Abbasovun oğlu Putinin atasına vəzifə verməsindən DANIŞDI

Milli Məclisin deputatı Aydın Abbasov atası, Azərbaycanın baş nazirinin sabiq birinci müavini, Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin (AzerRos) Ağsaqqalar Şurasının sədri Abbas Abbasova Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Krım tatarlarının Rusiyaya interqasiyası üçün nəzərdə tutulmuş ideoloji işlərin təşkil olunmasını tapşırması barədə yayılan məlumatları şərh edib.

Deputat Aydın Abbasov Publika.az-a açıqlamasında atasına Rusiya prezidenti tərəfindən heç bir səlahiyyət verilmədiyini bildirib.

O deyib ki, təxminən 1 həftə öncə Moskvada Rusiyanın Regionlarının İnkişafı Nazirliyində toplantı keçirilib:

“Həmin tədbirdə Rusiyada mövcud olan muxtariyyətlərin rəhbərləri, o cümlədən “AzerRos”un prezidenti Asif Məhərrəmov və Federal Şuranın sədri Mehriban Sadıqova iştirak edib. O tədbirdə bütün muxtariyyətlərə müraciət olunub və xahiş olunub ki, Krım tatarlarına muxtariyyət verilməsi məsələsində köməklik olunsun.

Rusiyanın Regionlarının İnkişafı Naziri isə 2 gün əvvəl Qəbələyə gəlib və burada Rusiya-Azərbaycan forumunda iştirak edir. Ancaq saytlar isə yazırlar ki, guya, Putin Abbas Abbasova səlahiyyət verdi və sairə. Belə bir mövzu ortaya atılsa da, ancaq bu, Abbas müəllimdən tamamilə uzaq olan məsələdir. Ümumiyyətlə, Rusiyada Krım tatarlarının muxtariyyətinin yaradılması ilə bağlı mədəni muxtariyyətlərə müraciət olunub. Ancaq bu nə yazıdırsa, mən bunu anlaya bilmirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm