Meqan Foks hamını şok etdi - FOTOLAR
Bizi izləyin

Digər

Meqan Foks hamını şok etdi - FOTOLAR

“Transformer” filmi ilə şöhrətlənən seksual aktrisa Meqan Foks “Parents Magazin” jurnalına maraqlı açıqlamalar verib.

Tabloid.az xəbər verir ki, 3 uşaq anası olan 28 yaşlı ulduz karyerasına son qoyacağını açıqlayıb.

Həm ana, həm də aktrisa olmağın çətinliyindən danışan Meqan Foks ailəsinə daha çox vaxt ayıra bilmək üçün karyerasına son qoyacağını deyib: “Eyni zamanda, həm ana, həm də aktrisa olmaq çox çətindir. Ailəm karyeramdan daha önəmlidir. Karyeramla bağlı elə böyük hədəflərim yoxdur. Uşaqlarımın gələcəyi daha önəmlidir”.

Meqan Foks gələn bütün film təkliflərini rədd etdiyini, bundan sonra ildə ərzində cəmi bir filmdə rol alacağını qeyd edib.

Xatırladaq ki, Bryan Austin Qrinlə evli olan Foksun biri ögey olmaqla üç övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm