Rövşən Əkbərov: “Şəhidlərimizin qisasını dərhal alırıq” - ÖZƏL
Bizi izləyin

Digər

Rövşən Əkbərov: “Şəhidlərimizin qisasını dərhal alırıq” - ÖZƏL

Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə şəxsi heyəti təbrik edib.

Ordu birləşməsinin komandiri R.Əkbərov Publika.az-a açıqlamasında deyib ki, iyunun 26-da hərbi hissələrdə Silahlı Qüvvələri günü ilə bağlı tədbirlər keçiriləcək və ordu bayramı qeyd olunacaq:

“Sabah hərbi hissələrdə şəxsi heyətlə görüş keçirəcəm, təbrikləri çatdıracam. Fürsətdən istifadə edib sizi də keçmiş əsgər kimi təbrik edirəm”.

R.Əkbərov tabeçiliyində olan əsgərlərin döyüş əhvali-ruhiyyəsinin də yüksək səviyyədə olduğunu bildirib:

“Əsgərlərimin döyük əhvali-ruhiyyəsi və psixoloji vəziyyəti çox yüksəkdir. Vətənin keşiyində ayıq-sayıq dayanmışıq. Əsgərlərim düşmənin hər bir təxribatının qarşısını almağa tam hazırdır. Hörmətli Prezidentimiz, Ali Baş Komandanımız Cənab İlham Əliyevin istənilən əmrini hər an icra etməyə hazırıq”.

Milli Qəhrəman R.Əkbərov bəyan edib ki, Azərbaycan hərbçiləri düşmənlə döyüşdə şəhid olmuş silahdaşlarının intiqamını dərhal alır:

“Ermənilər hər gün atəşkəs rejimini pozurlar və müxtəlif təxribatlar törədirlər. Ancaq düşmənə layiqli cavab verilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm