Prezidentin təltif etdiyi korpus komandiri Nizam Osmanov DANIŞDI – ÖZƏL
Bizi izləyin

Digər

Prezidentin təltif etdiyi korpus komandiri Nizam Osmanov DANIŞDI – ÖZƏL

Azərbaycanın Müdafiə Nazirliyinin Bərdə Ordu Birləşməsinin (Birinci Ordu Birləşməsi) komandiri Nizam Osmanov Ali Baş Komandan-Prezident İlham Əliyev tərəfindən ona general-leytenant rütbəsi verilməsinə münasibət bildirib.

Birinci Ordu Birləşməsinin komandiri N.Osmanov Publika.az-a açıqlamasında deyib: “Cənab Prezidentimiz-Ali Baş Komandanımıza təşəkkür edirəm. Onun bu etimadını doğrultduğum üçün çox məmnunam”.

Xatırladaq ki, prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

“general-leytenant” ali hərbi rütbəsi:

general-mayor Babayev Elşad Çingiz oğlu

general-mayor Cəfərov Eyvaz Məmməd oğlu

general-mayor Osmanov Nizam Ramazan oğlu

general-mayor Piriyev Heydər Kamal oğlu

general-mayor Tahirov Ramiz Firudin oğlu

“general-mayor” ali hərbi rütbəsi:

polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu

polkovnik Cəbrayılov Xəqani Sərdar oğlu

polkovnik Həsənov Hikmət Hüseyn oğlu

polkovnik Kazımov Vasif Ramiz oğlu

polkovnik Mazanov İlqar Abbas oğlu

polkovnik Səfərov İdris Məmməd oğlu.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm