Ordumuz ad gününü Pirəkəşküldə keçirəcək – Təlimlə
Bizi izləyin

Digər

Ordumuz ad gününü Pirəkəşküldə keçirəcək – Təlimlə

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü ilə bağlı iyunun 26-da Pirəkəşküldə Milli Ordumuzun genişmiqyaslı hərbi təlimi keçiriləcək.

Axar.az xəbər verir ki, bütün qoşun növlərinin qatılacağı hərbi təlimin saat 10-da başlaması nəzərdə tutulur. Hərbi Hava Qüvvələri də daxil olmaqla, Prezident Qvardiyası, Dövlət Mühafizə Xidməti, Daxili Qoşunların da təlimdə iştirakı nəzərdə tutulur.

Ali Baş Komandan İlham Əliyevin təlimlərdə şəxsən iştirak edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm