Digər
Səbuhi Rəhimlidən iyunun 26-na olan astroloji proqnoz
QOÇ - Bayram günü olsa da, üzərinizə düşən vəzifələrin çoxluğu başınızı bərk qatacaq. Amma uğurlu nəticənin olacağını düşünüb hər şeyə dözməlisiniz. Təşəbbüskarlığı əldən verməyin.
BUĞA - Bütün çətin məqamlarda özünüzə güvənin. Kənardan kiminsə dəstək verəcəyinə ümid bəsləməyin. Belə olarsa, ulduzlar gün ərzində sizi bir neçə dəfə sevindirəcək.
ƏKİZLƏR – Bürcünüzdəki planetar passivlik görəcəyiniz işlərdə kompleks lənglik əmələ gətirəcək. Odur ki, qarşınızda duran vəzifələrin bir qismini ixtisara salın. Bu gün əsasən qazanmaq üçün düşərlidir.
XƏRÇƏNG - Ordu bayramının mənəvi zövqünü yaşamağa çalışın. Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdə əsas vaxtı fəaliyyət prinsiplərinə həsr etməyi məsləhət görür.
ŞİR - Saat 13-ə qədər müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Özünüzü ələ alın. Dedi-qoduya əhəmiyyət verməyin. Sonrakı müddətdə məhəbbət ümmanına düşəcəksiniz. Özünənəzarəti gücləndirin.
QIZ - Maddi problemlərin çoxluğu bəzi qlobal planlarınızın reallaşması üçün əngəllər törədə bilər. Bu səbəbdən də özünüzü arzuolunmaz situasiyalara sürükləməyin. Sevindirici xəbərlər gözlənilir.
TƏRƏZİ - Şəxsi büdcənizi artırmaq üçün yaxşı vaxtdır. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Daxili narahatçılığınızı dəf etmək üçün mütləq ziyarətgahlara baş çəkin.
ƏQRƏB - Ünsiyyətdə olduğunuz bir neçə şəxslə aranızda konfliktlər yarana bilər. Özünüzü səbrli göstərin. Pul problemlərinizi gərəksiz yerdə qabartmayın. Riskə ehtiyac yoxdur.
OXATAN - Təzə və ürəyinizdən olan xəbərlər yolunuzu gözləyir. Yeni əməkdaşlığa başlamaq üçün də uğurlu vaxtdır. Büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərdən imtina edin.
OĞLAQ - O qədər gözəl ərəfədir ki, hətta pul kisənizin boşluğu da ovqatınızı aşağı salmayacaq. Gileylənmək, kiminsə arxasınca danışmaq sizə günah yaza bilər. Nikbin və gözütox olun.
SUTÖKƏN - Qarşılıqlı münasibətlərdə yeni çalarlar yaratmaq üçün canfəşanlıq göstərin. Əməkdaşlıq zəminində də uğurlarınız mümkündür. Ölçülü-biçili hərəkət etsəniz, qazana da bilərsiniz.
BALIQLAR - Bu bayram gününü gərgin şəraitdə başa vuracağınız güman olunur. Amma aktivliyiniz nəzərə çarpacaq. Son vaxtlar yaşamağınızın fərqinə nə üçün varmırsınız? Axı vahid bir İdarəedici var.
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər