Bakıda polis işçisi qadını və iki qızını oğurlayıb
Bizi izləyin

Digər

Bakıda polis işçisi qadını və iki qızını oğurlayıb

Binəqədi Rayon Sulutəpə qəsəbə sakini Nahid Sadıqovun (adlar şərtidi) arvadı və iki azyaşlı qızını oğurlayan şəxsin kimliyi bəll olub.

N.Sadıqovun Axar.az-a verdiyi açıqlamaya görə, arvadını və iki qızını qaçıran adam polis əməkdaşıdır. Bunu N.Sadıqovun qaynatası ona deyib:

“Bu gün qaynatamla telefon əlaqəsi saxladım. Onlar ümumiyyətlə, qızlarının taleyindən narahat deyillər. Mənə də bildirdi ki, onu aparan adam polisdir. Ancaq adını demədi”.

Xatırladaq ki, N.Sadıqovun arvadı və iki azyaşlı qızı 10 gündür ki, yoxa çıxıb. Onların tapılması üçün müraciət etdiyi Binəqədi rayon 40-cı Polis Bölməsində isə biganə münasibətlə rastlaşıb. Bölmədən bildirilib ki, yoxa çıxan xanımın anası verdiyi ifadədə qızının ailə qurmaq məqsədi ilə könüllü olaraq başqasına qoşulub qaçdığı bildirilib. Polis bölməsindən bu faktı əsas gətirərək, işin mülki olduğunu deyiblər.

Çarəsiz qalan N.Sadıqov övladlarının tapılmasına yardım etmək üçün Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm