Oğurluğa getdiyi evdə “facebook”-a girdi... - FOTOLAR
Bizi izləyin

Digər

Oğurluğa getdiyi evdə “facebook”-a girdi... - FOTOLAR

Nikolas Viq dünyanın ən axmaq oğrusu adını ala bilərdi. Əgər belə bir yarışma mövcud olsaydı. 26 yaşlı Nikolas Ceyms Vuds adlı biznesmenin viklassına oğurluğa girib. Evdən götürdüyü qızıl-zinət əşyalarını yığdıqdan sonra getməyə tələsməyib. Sən demə, o, facebook xəstəsi imiş. Vudsun kompüterini açıb sosial şəbəkədə dostlarına status yazır. Ancaq internetdən çıxanda öz profilinin qapatmağı unudur. Parol və şifrə elə kompüterdə açıq qalır.

Biznesmen evə qayıtdıqda qarət haqda polisə məlumat verir. Polis gələnədək Vuds kompüterini yoxlayır və “facebook”da yad adamın porolunu görür. Vəssalam, bundan sonra polisin Nikolas Viqi həbs etməsi an məsələsi olur.

İndi zavallı oğrunu 10 il həbs cəzası və 20 min dollar pul cəriməsi gözləyir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm