Kraliçanın ayaqqabılarının 50 illik sirri
Bizi izləyin

Digər

Kraliçanın ayaqqabılarının 50 illik sirri

İngiltərə kraliçası II Yelizavetanın ayaqqabılarının sirri açılıb. ANS PRESS-in məlumatına görə, kraliça 50 ildir ki, eyni tip ayaqqabıları geyinir.

Son 11 ildə kraliçanın geyimlərini hazırlayan Stevard Parvin 88 yaşlı II Yelizavetanın 6,5 sm dabanı olanı klassik ayaqqabılarının 4 nəfərlik bir komanda tərəfindən hazırlandığını deyib.

"Kraliçanın ayaqlarının narahat olması qəbuledilməzdir. Buna görə də hər dəfə ayaqqabı hazırlamamışdan öncə ayaq ölçüsü onunla eyni olan bir nəfər ayaqqabını geyinərək sarayın dəhlizlərində gəzir. Kinders adlı saray işçisi ayaqqabıları pambıq corabla geyinir və xalıların üzərində gəzir".

Kraliçanın ayaqqabıları qara, qəhvəyi, bej və ağ rənglərdə hazırlanır. Bir ayaqqabı 1000 funt sterlinqə başa gəlir.

Yelizavettanın ayaqqabılarını hazırlayan və 1922-ci ildə qurulan emalatxananın ustası David Hyattın sözlərinə görə, hər il kraliçaya 1 və ya 2 ayaqqabı hazırlanır.
Bəzən isə onun köhnə ayaqqabılarının daban və üst hissəsi yenilənərək ömrü uzadılır. "Kraliça israfçılıq etmir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm