Dünya müharibəsinə səbəb olan qətl
Bizi izləyin

Digər

Dünya müharibəsinə səbəb olan qətl

Birinci Dünya Müharibəsinə səbəb olan qətldən artıq 100 il ötür.

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə oldu.

Birinci dünya müharibəsi (28 iyul 191411 noyabr 1918) — bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılıb.

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: "Antanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya(1915-ci ildə Antantanın tərəfinə keçir) var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi(onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm