Çeçen silahlıları Ukraynadan qaçır
Bizi izləyin

Digər

Çeçen silahlıları Ukraynadan qaçır

Krım və Qafqazdan gəlmiş silahlı muzdlular Donbasdakı anti-terror əməliyyatı zonasını tərk edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyindən məlumat verilib.

“Məlumata görə, Krım Muxtar Respublikası və Qafqazdan olan silahlı qruplaşmalar anti-terror əməliyyatı zonasını tərk edir. Buna səbəb ya müqavilənin vaxtının bitməsi, ya da Rusiyanın onları sonadək dəstəkləməməsi ola bilər”, - deyə Mudafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, iyunun 1-də Çeçenistan lideri Ramzan Kadırov verdiyi açıqlamasında demişdi ki, Ukraynaya yollanmaq üçün 74 min nəfər onun əmrini gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm