Digər
Hərbçilərə məzuniyyət əvəzi pul kompensasiyası
Müdafiə Nazirliyi hərbi qulluqçuların istifadə etmədiyi məzuniyyətlərlə bağlı məlumat yayıb.
Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən
məlumatına görə, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan
Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3
oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi
xidmətkeçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə" Azərbaycan
Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr
tarixli 217 nömrəli "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə
olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən
istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili,
habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün
istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının
ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə"
Qərarına əsasən kompensasiyanın ödənilməsi üçün əlavə maliyyə
vəsaiti və sənədləşməyə çox vaxt tələb olunduğundan Müdafiə
Nazirliyində bu işlər mərhələli şəkildə aparılır.
Hazırda müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə xidmət
edən hərbi qulluqçuların istifadə olunmamış məzuniyyət əvəzi pul
kompensasiyası ödənilir. Bundan sonra digər hərbi hissələrdə xidmət
edən hərbi qulluqçuların kompensasiyasının ödənilməsi nəzərdə
tutulub.
Qanun qüvvəyə mindiyi 2010-cu il 12 iyun tarixindən sonra ehtiyata
və istefaya buraxılmış hərbi qulluqçulara pul kompensasiyası
müvafıq komissiyalar tərəfindən sənədləşmə və protokol işləri başa
çatdırıldıqca müəyyən olunmuş qaydada ödəniləcəkdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 28
mart tarixli Qərarına uyğun olaraq 2010-cu il iyunun 12-dək
ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə
olunmamış məzuniyyət əvəzi pul kompensasiyanın məbləğinin və ödəmə
qaydalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı qəbul edildikdən sonra həmin
kateqoriyadan olan hərbi qulluqçulara ra ödənişlərin həyata
keçirilməsi nəzərdə tutulub.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi