“ATƏT Xədicə İsmayıla Əli Kərimlidən daha çox hörmət qoyur”
Bizi izləyin

Digər

“ATƏT Xədicə İsmayıla Əli Kərimlidən daha çox hörmət qoyur”

BAXCP sədrinin müavini Niyamədddin Orduxanlı AXCP sədri Əli Kərimlinin ATƏT PA-nın Bakıda keçirilən iclasına buraxılmamasına münasibət bildirib.

N. Orduxanlı Publika.az-a açıqlamasında deyib ki, hər bir beynəlxalq tədbirdə müəyyən edilmiş protokol qaydaları var: “Şəxsən mən özüm hazırda Bakıda keçirilən ATƏT Parlament Assambleyasında qonaq qismində iştirak etmişəm. Yəni deputatlardan başqa orada iştirak edən digər bütün şəxslər məhz ATƏT-in özünün razılığı əsasında sessiyanın işinə qatılırlar. Bu baxımdan, bir daha nəzərə çatdırmaq istərdim ki, sözügedən tədbiri də Azərbaycan hakimiyyəti deyil, ATƏT keçirir. Ümumiyyətlə, oraya çağırılan qonaqlar, partiya mənsubları, KİV nümayəndələri, müxtəlif QHT rəhbərləri ATƏT-in rəsmi icazəsi əsasında tədbirin işinə qatılırlar. Hətta burada Azərbaycan hakimiyyətinin nümayəndələrindən kimlərin iştirak etməsini də ATƏT müəyyənləşdirir. Mən də ayın 28-dən bu tədbirin iştirakçısıyam və təhlükəsizlik işçiləri mənim də ATƏT tərəfindən verilən vəsiqəmi təftiş etdikdən sonra, adımın siyahıda olduğuna əmin olduqdan sonra içəri daxil olmağıma şərait yaratdılar. Yəni bu açıqlamanı ona görə verirəm ki, ictimaiyyət də bilsin ki, tədbirin təşkilatçısı ATƏT-dir və Əli Kərimli yenə şoumenliklə məşğul olur”.

Niyaməddin Orduxanlı ATƏT-in tədbirində iqtidara müxalif olan şəxslərin də olduğunu bildirib: “Eyni zamanda, mən həmin tədbirdə Azərbaycandan ölkə hakimiyyətinə rəqib olan, müxalif olan kifayət qədər şəxsləri gördüm. Hətta onların arasında Xədicə İsmayıl da var idi. Yəqin Əli Kərimli bu kimi böhtanı ilə demək istəyir ki, hətta ATƏT-in özü Əli Kərimliyə Xədicə İsmayıldan az hörmət edir. Yaxud, ATƏT-də Xədicə İsmayıla Əli Kərimlidən daha çox hörmət olunur. Əgər Əli Kərimlinin o tədbirdə adı siyahıya salınmayıbsa, burada fürsətdən istifadə edib hakimiyyəti günahlandırmaq lazım deyil. Çünki bu yersiz bir ittihamdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm