BMT Ukraynadakı vəziyyətdən narahatdır
Bizi izləyin

Digər

BMT Ukraynadakı vəziyyətdən narahatdır

BMT-nın baş katibi Pan Gi Mun Ukraynanın şərqində döyüşlərin başlamasından narahat olduğunu bildirib.

Publika.az-ın məlumatına görə, Pan Gi Mun döyüşlərin dayandırılmasını istəyir.

"Baş katib son dərəcə məyus olub ki, Ukrayna prezidenti Petro Poroşenkonun elan etdiyi atəşin dayandırılması zorakılığın dayandırılmasına gətirib çıxarmadı", - deyə təşkilatın rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, əlavə edib ki, Pan Gi Munun sözlərinə görə Birləşmiş Millətlər Təşkilatı sülh modelinin tərəfdarıdır, döyüşlərin davamı yalnız vəziyyəti çətinləşdirəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın şərqində atəşin dayandırılması rejimini uzatmamağa qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm