Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
Bizi izləyin

Digər

Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Ukraynada baş verən son hadisələrlə əlaqədar Rusiya Prezidenti Vladimir Putin təcili şəkildə ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Axar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat yayıb. Onun sözlərinə görə, Putin Ukraynadakı son hadisələri "sürətlə gərginləşən" vəziyyət adlandırıb.


Toplantıya Rusiyanın müvafiq güc nazirliklərinin rəhbərlərinin, kəşfiyyat orqanlarının, Dövlət Duması spikerinin və digər aidiyyəti orqanların rəhbər şəxslərinin qatıldığı vurğulanıb.

Peskov iclasın Ukraynadakı hadisələrə həsr olunduğunu desə də, müzakirələr zamanı hansı qərarların verildiyinə ətraflı aydınlıq gətirməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm