Köməkçisi Ərdoğanın əsəbiliyinə belə haqq qazandırdı
Bizi izləyin

Digər

Köməkçisi Ərdoğanın əsəbiliyinə belə haqq qazandırdı

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın köməkçisi Bülent Arınç Bursada Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkilərinə namizədlərinin təqdimat mərasimində 17 Dekabr əməliyyatları sonrası baş verənlər haqqında danışıb.

Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir köməkçisi AKP hökuməti və baş nazirə qarşı çalışan bir mərkəzin olduğunu deyib.

“Məhkəmə, media və başqa yerlərdə işləri bir üst ağıl tərəfindən planlaşdırılan, tək bir məqsəd üçün istiqamətləndirilən insanlar var. Bunlar araşdırıldı və müəyyən olundu. Milyonlarla insanla bizim bir döyüşümüz yoxdur. Baş nazirimizin içi yandığı üçün bəzi şeyləri də yüksək səslə söyləyir. Siz onun bildiklərini bilsəydiniz, daha pis şeylər söyləyərdiniz”, - baş nazir köməkçisi söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm