İsrail hərəkətə keçdi: 70 fələstinli yaralandı - Fotolar
Bizi izləyin

Digər

İsrail hərəkətə keçdi: 70 fələstinli yaralandı - Fotolar

Fələstinli bir gəncin bu səhər cəsədinin tapılması Şərqi Qüdsdə İsrail polisiylə fələstinlilər arasında qarşıdurmaya səbəb olub.

Axar.az xəbər verir ki, ötən günlərdə 3 israilli gəncin öldürülməsindən sonra bu gün 16 yaşındakı fələstinli bir gənc də qaçırılaraq qətlə yetirilib. Fələstinlilərlə yaranan qarşıdurma zamanı polis rezin güllələrdən istifadə edərək 70 nəfəri yaralayıb.

İsrail ölən 3 gəncin qisasının alınacağını bildirmiş və bunda Həması günahlandırmışdı. Həmas isə iddiaları rədd etmiş, israilli üç gəncin öldürülməsinin hərbi əməliyyatları davam etdirmək üçün bəhanə olduğunu söyləmişdi.

Həmas açıqlamasında "İsrailin edəcəyi hər bir hücum cəhənnəmin qapısını aralayacaq", - deyə bildirmişdi.


Xatırladaq ki, 3 israilli gəncin cəsədinin tapılmasından sonra İsrail 34 yeri bombalamışdı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm