Lukaşenko Qərbi tənqid etdi
Bizi izləyin

Digər

Lukaşenko Qərbi tənqid etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya qarşı Qərbin siyasətini tənqid edib.

ANS PRESS-in məlmatına görə, Lukaşenko Qərbin Rusiyaya yanaşmasını düzgün saymır.

"Qərb dövlətləri faşizm üzərində qələbədə Sovet İttifaqının rolunu qiymətləndirməlidir, ancaq minnətdarlığın yerinə biz lovğa diktatı və sanksiyaları görürük", - deyə Böyük Vətən Müharibəsi tarixinin muzeyinin açılış mərasimində Belarus lideri bildirib.

Lukaşenkonun fikrincə, ikinci dünya müharibəsi zamanı məhz sovet xalqının birliyinin sayəsində düşməni dağıtmaq mümkün olub.

Lukaşenko rusiyalı həmkarı Vladimir Putini "qardaş dövlətin rəhbəri, Belarusun ən etibarlı partnyoru" adlandırıb. O, iki ölkənin liderləri tərəfindən muzeyin birgə açılışının faktını simvolik hesab edir.

"Bu bizim ümumi müharibəmiz və ümumi qələbə idi", - deyə Lukaşenko vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm