Digər
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edildi
Bu gün Bakıda Amerika Birləşmiş Ştatlarının
milli bayramı - Müstəqillik Günü qeyd olunub.
Publika.az-ın məlumatına görə, tədbirdə
Azərbaycanın dövlət rəsmilləri, millət vəkilləri, xarici ölkələrin
Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların Azərbaycandakı
nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ABŞ-ın Azərbaycandakı
səfiri Riçard Morninqstar bütün qonaqlara tədbirdə iştiraka görə
təşəkkürünü bildirərək, ABŞ-ın müstəqillik tarixi barədə tədbir
iştirakçılarına məlumat verib. Səfir qeyd edib ki, ABŞ müstəqillik
yolunda böyük çətinliklərdən keçərək bu günə gəlib
çıxıb.
ABŞ ilə Azərbaycan arasında ikitərəfli
münasibətlərə toxunan səfir bildirib ki, ABŞ və Azərbaycan birgə
çox uğurlara nail olublar və 20 ildən artıqdır ki, ABŞ Azərbaycanın
müstəqilliyini və suverenliyini dəstəkləyir.
ABŞ və Azərbaycan arasında güclü tərəfdaşlığın
mövcud olduğunu vurğulayan R.Morninqstar ümid etdiyini bildirib ki,
bu əməkdaşlıq daha da güclənəcək.
Daha sonra çıxış edən Azərbaycanın maliyyə naziri
Samir Şərifov Azərbaycanın Prezidenti və hökuməti adından ABŞ
xalqına səmimi təbriklər çatdırıb və ABŞ xalqına sülh, əmin-amanlıq
və firavanlıq arzulayıb.
Nazir qeyd edib ki, Azərbaycan ilə ABŞ-ı bütün
sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq
birləşdirir: "Azərbaycan ABŞ ilə əlaqələrin daha da inkişafına
böyük önəm verir. Bu baxımdan siyasi, iqtisadi və humanitar
sahələrdə iki ölkə arasında əlaqələrin inkişaf etməsi və daim
genişlənməsi məmnunluq doğurur".
O bildirib ki, Azərbaycanın ümumilli lider Heydər
Əliyev hər zaman ABŞ-Azərbaycan əlaqələrinə xüsusi önəm verib: "Bu
gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və
xalqın milli maraqlarına əsaslanan xarici siyasət iki ölkə arasında
əlaqələrin daha da genişlənməsinə töhfə verir".
Nazir deyib ki, dünyanın enerji təhlükəsizliyinin
təmin edilməsi, beynəlxalq terrorizmlə mübarizə sahəsində ABŞ ilə
birgə iştirak Azərbaycan ilə ABŞ arasında əlaqələrə müsbət təsir
göstərir.
ABŞ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin
də artdığını deyən nazir bildirib ki, ötən il iki ölkə arasında
ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil
edib.
S.Şərifov vurğulayıb ki, ABŞ şirkətləri həm
Azərbaycanda, həm də Azərbaycanın iştirakı ilə xaricdə həyata
keçirilən irimiqyaslı layihələrdə iştirak edir və Azərbaycana
investisiya yatırırlar.
O, əlavə edib ki, Azərbaycanın ən ağrılı yeri olan
və 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları və sülh yolu ilə həllində Azərbaycan
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-a böyük ümid
bəsləyir və ABŞ-ın status-kvonun qəbuledilməzliyi ilə bağlı
mövqeyini təqdir edir.
Daha sonra tədbir bədii hissə ilə davam
edib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK