“Mən daha general deyiləm” – Mahmud Həmzəyev DANIŞDI
Bizi izləyin

Digər

“Mən daha general deyiləm” – Mahmud Həmzəyev DANIŞDI

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev son günlər müharibədən qorxması barədə söylənilən fikirləri də şərh edib. Publika.az-a danışan general sadəcə bu açıqlamanı düzgün anlamayan şəxslərin cavabını gülüşlə qarşıladığını deyib:

“Mən təqaüdçü adamam, gözləyirəm ki, nə vaxt öləcəm. Qoca kişiyəm. Mən daha general deyiləm. Şükürlər olsun ki, hər şey qaydasındadır. Daha mən o işlərlə maraqlanmıram. Mən müharibədən qorxan general deyiləm. Mənim haqqımda kim nə deyirsə, desin. Mən onlara əhəmiyyət vermirəm”.

Xatırladaq ki, Mahmud Həmzəyev 2009-cu ildə ordudan tərxis olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm