Nuşirəvan Məhərrəmli Əli Həsənovun oğlundan DANIŞDI
Bizi izləyin

Digər

Nuşirəvan Məhərrəmli Əli Həsənovun oğlundan DANIŞDI

Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Azadlıq” radiosunda Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin rəhbəri olduğu “Kaspi Global” prodakşn şirkətinə milli teleserialların çəkilməsi üçün birbaşa vəsait ayrılması barədə dərc olunan materiala münasibət bildirib.

MTRŞ sədri N.Məhərrəmli Publika.az-a açıqlamasında deyib ki, Milli Teleradio Şurası hər hansı prodakşn şirkətinə və ya kompaniyaya serial çəkilməsi üçün vəsait ayırmır. Vəsait yalnız televiziya kanallarına ayrılır. Televiziya kanalları da kiminlə istəyirsə, onunla da əməkdaşlıq edir. Yəni bu məsələnin Milli Teleradio Şurası ilə hər hansı əlaqəsi yoxdur. “Azadlıq” radiosunun materialında qeyd olunan fikirlər tamamilə absurddur. Çünki biz pulu televiziya kanallarına ayırırıq. Televiziya kanalları isə kiminlə işləmək istəyirsə, bu, onların öz seçimidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm