
"Türkiyə Baş naziri Ərdoğan Yaxın
Şərqin lideridir. Lazım olsa, atımla gəlib, onun seçki
kampaniyasında iştirak edərəm".
Axar.az xəbər verir ki, bu
sözləri əfqanıstanlı iş adamı Kamal Sadat deyib.
Ərdoğanın prezidentliyə namizəd olması Türkiyə xaricində də müsbət
qarşılanıb. Sadat bildirib ki, Ərdoğan İslam dünyasının, Yaxın
Şərqin və Mərkəzi Asiyanın lideridir.
Sabiq Melburun konsulu Kamal Sadat Ərdoğanın namizədliyinin
Əfqanıstanda böyük sevinclə qarşılandığını vurğulayıb.
Qeyd edək ki, Kamal Sadatın atının dəyəri 2 milyon dollardır.