Dəli dahi: Conatan Svift
Bizi izləyin

Digər

Dəli dahi: Conatan Svift

Divanəlik və istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz onları təkrarlamaq istəmirik. Ancaq istedadlı divanələr tamamilə ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca pozitiv təsir göstərirlər. Dünya fikri tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla təxmis etmiş, onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya durduqca beləcə də davam edəcək.

Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim etməkdə davam edir.

Conatan Svift (1667-1745), irland yazıçısı

Diaqnoz

Pik xəstəliyi və yaxud Altsgeymer xəstəliyi – mütəxəssislər mübahisə edirlər.

Simptomları

Baş gicəllənməsi, oriyentasiyanı, istiqaməti itirmə, yaddaş pozğunluğu, insanları və ətrafdakı əşyaları tanımamaq.

Xəstəlik tarixi

Xəstəliyin daima kəskinləşməsi və simptomların həyatının sonunda ağlını itirmək dərəcəsinədək artması.

Bəxs etdiyi ideyalar

Siyasi satiranın yeni forması. “Qulliverin səyahəti”, sözsüz ki, maarifçi ziyalının ətraf aləmə ilk satirik baxışı deyildi, ancaq buradakı novatorluq baxışlarda deyil, “optikadadır”. Satiriklərin həyata böyüdücü şüşə və ya teledskopla baxdıqları bir zamanda Müqəddəs Patrik kilsəsinin dekanı Conatan Svift bunun üçün əcayib şəkildə əyilmiş şüşə linza ixtira edir. Sonralar bu linzadan Nikolay Qoqol və Saltıkov Şedrin də məharətlə istifadə edirlər.

Həyata satirik baxış

XVIII əsrin görkəmli ingilis yazıçısı və satira ustası Conatan Svift 1767-ci ildə İrlandiyanın Dublin şəhərində pastor ailəsində anadan olub. Çox ağır, çətin bir həyat yaşayıb. Hələ dünyaya gəlməmiş atasını itirən Svifti yaxın qohumu Qodvin böyüdüb boya başa çatdırır. O, atasının yolunu davam etdirərək dini təhsil alır və bir neçə il ruhani işləyir, daha sonra Dublin kilsəsinə rahib təyin edilir. Conatan siyasi fəaliyyətlə də məşğul olur. Ədəbi fəaliyyətə də məhz İngiltərənin həyatında baş verən ictimai-siyasi hadisələrə dair pamfletlərlə başlayır. İngilis əsilli olmasına baxmayaraq, Svift sadə irlandiyalıların hüquqlarını ciddi-cəhdlə qoruyur və onların dərin hörmətini qazanır. 1713-cü ildə o, Müqəddəs Patrik Kilsəsinin dekanı seçilir və İrlandiyanın siyasi həyatına daha aktiv surətdə baş vurur. Təxminən həmin vaxtlarda özünün məşhur əsəri olan “Qulliverin səyahəti” romanını yazmağa başlayır. Svift romanı düz on il sonra bitirə bilir.

Yaşadığı ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadan yazıçı bütün ömrü boyu yaradıcılığında bunlara qarşı barışmaz mübarizə aparıb. Bu mübarizə ideyası onun "Qulliverin səyahəti" romanında da aydın görünür. Əsərin tam adı belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin səyahəti" (1772-1773). Roman dörd hissədən ibarətdir və baş qəhrəman ingilis əsilli, kiçik torpaq sahibinin oğlu Lemuel Qulliverin dörd səyahətini əks etdirir. Qulliver, hər dəfə liman şəhərlərinin birindən səyahətə çıxaraq xəyali, əsrarəngiz ölkələrə düşür. Bu ölkələrdə yaşayan insanların həyat tərzi, adət ənənələri və mövcud qanunlarla yaxından tanış olur və onlara İngiltərə haqqında məlumat verir. Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı bənzəyişi verməklə onları ifşa edir. Onları cirtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərir. Gülüş - məzəli və ağıllı Sviftin başlıca mübarizə silahı olur. Liliputlar ölkəsində Qulliver kralı, əyanları, sərkərdələri öz cib yaylığına büküb cibinə qoyur, onların bir yığın hərb gəmisini bir barmağına doladığı nazik iplə sürüyüb aparır.

Senzuralara baxmayaraq, böyük uğur qazanan kitab bir çox dillərə tərcümə olunur və dəfələrlə çap edilir. Hazırda klassika sayılan bu əsər dəfələrlə ekranlaşdırılıb.

Maraqlıdır ki, məhz Conatan Svift “liliput” və “yahoo” (yahuu) sözünü tapıb və “Qulliverin səyahəti” romanına daxil edib. Müəllif bu romanda bir əsr sonra kəşf ediləcək Mars planetinin peykləri haqqında məlumat verir.

Conatan Sviftin deyimlərindən

  • Aclıq ilə qürur heç vaxt uyğunlaşa bilməz.
  • Bir şeyi istədiyimiz vaxt həmişə onun bizi cəzb edən tərəflərini görürük. Onu əldə etdikdən sonra da daim pis tərəflərini tapırıq.
  • Əsl dahini tanımaq heç də çətin deyildir. Dünyanın bütün axmaqları ona qarşı birləşirlər.
  • Görməyənlər qədər kor yoxdur.
  • Kitablar beynin uşaqlarıdır.
  • Qanunlar hörümçək toru kimidir; kiçik milçəklər hörümçək toruna düşərlər, böyük arılar isə hörümçək torunu dəlib keçərlər.
  • Təcrübə məktəbində təhsil haqqı yüksəkdir; amma ağılsızlara bir şey öyrədə bilən başqa bir məktəb də yoxdur.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm