Digər
Azərbaycanda 4 km uzunluğunda tıxac
Göyçay rayonu ərazisində böyük avtomobil tıxacı yaranıb,
nəqliyyatın hərəkəti iflic olub.
Milli.Az bildirir ki, bu gün səhər saat 09:00 radələrindən
başlayaraq Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən
keçən hissəsində 4 kilometr uzunluğunda avtomobil tıxacı yaranıb.
Mindən çox avtomobilin tıxacda qalmasına səbəb yolda aparılan
yenidənqurma işləridir.
Sürücülər bildirirlər ki, bu yolda bir neçə aydır əsaslı təmir və
yenidənqurma işləri aparılır: “Hər gün yol çəkilişi ilə paralel
olaraq ərazidə avtomobillərin hərəkəti üçün də şərait yaradılırdı.
Bu gün səhər saatlarında yolda aparılan böyük qazıntı işləri
nəqliyyatın hərəkətini iflic edib”.
Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayının
üzərindən keçən körpüsündə, eləcə də şəhərin 5 əsas giriş
küçəsində, Göyçay-Qaraməryəm, Göyçay-Ağdaş və Göyçay-Ucar
yollarında uzun avtomobil tıxacı yaranıb və bu proses davam edir.
Yol polisi əməkdaşları ərazidə nəqliyyatın hərəkətini tənzimləməyə
çalışsalar da, hələ ki, nəticə yoxdur. Saatlarla avtomobildə oturub
gözləyən sürücülərin bir çoxu maşını tıxacda saxlayaraq ərazidən
gedib. Bu da yolun açılmasına mane olur. Sakinlər yolda qazıntı
işləri aparan podratçı tikinti şirkətinin texnikalarının ərazidə
olmasına baxmayaraq, işçilərin orada olmamasından və yolun açılması
üçün lazımi işin aparılmamasından şikayətlənirlər.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO