Digər
Ukrayna ordusu Donetski bombalamayacaq
"Donetskdə yaraqlılar əsasən şəhərin
mərkəzindədirlər. Onların bir qismi də şəhərdəki hərbi hissənin
ərazisində cəmləşiblər. Onlar Donetsk milli texniki universitetinin
hərbi kafedrasını da zəbt edib, burada hərbi təlimlər keçirlər.
Gecə şəhərin 2 rayonunda atışma olub".
Publika.az-ın məlumatına görə, bunu Azadlıq
Radiosuna telefonla Donetskdən “Novosti Donbassa” dərgisinin
jurnalisti Mixail Baqan bildirib.
Onun sözlərinə görə, separatçıların özləri iddia
edir ki, hər şey hələ indi başlayır və hansısa, görünür çox
irimiqyaslı əməliyyatlara hazırlaşırlar.
"Hər halda bu haqda bəyanat verirlər. Ukrayna
ordusu isə söz verir ki, Donetski bombalamayacaqlar, burada ağır
texnikadan istifadə etməyəcəklər. Onların əsas diqqəti Slavyansk və
Kramatorskun tamamilə təmizlənməsinə yönəlib. Burada çoxlu minalar,
partlayıcı tələlər quraşdırılıb. Həmin şəhərlərdə hələ də Ukrayna
güc strukturları işləyir. Ümumiyyətlə vilayət üzrə, ötən gecə
antiterror qüvvələrinin postlarına 3 hücum haqda xəbər verilir.
Yaraqlılar tərəfdən ölən olmayıb, 1 nəfər yaralanıb. Dinc əhalinin
şəhərdən çıxarılması üzrə hansısa rəsmi bəyanat olmayıb. Deyirlər
ki, guya humanitar dəhliz yaradılacaq, ancaq hələ də belə dəhliz
yoxdur, həftənin 2-ci gününədək yaradılacağına söz verilib. Şəhərdə
dinc sakinlər çalışır ki, şəhərin mərkəzinə getməsinlər, evdə
qalmağa üstünlük verirlər, onlar qorxurlar, şəhərin mərkəzindəki
yaraqlılardan çəkinirlər, çünki indiyə qədər şəhərdə bu qədər
texnika olmayıb. İnsanlar ölüm xofu içindədirlər", - deyə “Novosti
Donbassa” dərgisinin jurnalisti bildirib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...