Ukraynanı böldülər: Bjezinskinin Ukrayna üçün həll variantı
Bizi izləyin

Digər

Ukraynanı böldülər: Bjezinskinin Ukrayna üçün həll variantı

Ukrayna hakimiyyəti son günlər ölkənin şərqində uğurlu əməliyyatlar keçirsə də, ərazi bütövlüyünün təmin olunub-olunmayacağı barədə birmənalı olmayan fikirlər səslənir. Qərbin özündə də bu barədə nikbin olmayan əhvali-ruhiyyə var.

Publika.az-ın Rusiyanın “Nezavisimaya gazeta” nəşrinə istinadən verdiyi məlumata görə, Çexiyanın sabiq prezidenti Vatslav Klaus Ukraynanın parçalanmasının qaçılmaz olduğunu bildirib.

O qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünün bərpası üçün ciddi problemlər var. V.Klausun sözlərinə görə, birtərəfli təbliğat vəziyyətə açıq şəkildə baxmağa və Ukraynanın bölünməsinin zəruriliyini dərk etməyə mane olur.

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizliyi üzrə məsləhətçisindən isə maraqlı bir təklif gəlib. Onun sözlərinə görə, Krımın Rusiyaya keçidinin Qərb tərəfindən tanınması hesabına Ukrayna böhranını həll etmək olar. Bjezinskinin bu təklifi ABŞ-ın “Washington Post” qəzetində dərc edilib.

Milli təhlükəsizlik üzrə məsləhətçinin böhranın həlli üçün irəli sürdüyü reseptlərdən biri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların tam ləğvidir və Krımın Rusiya Federasiyası tərkibində saxlanılması ilə əməkdaşlığın bərpasıdır. O, eyni zamanda, hesab edir ki, Moskva Ukrayna ilə ticarət əlaqələrinin saxlanılması fonunda Ukraynanın Avropa Birliyi və NATO-ya daxil olmayacağına zəmanət alır. Başqa sözlə, nüfuzlu amerikalı eksperti faktiki olaraq Krım məsələsini aktual problem hesab etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm