Dünyada ən varlı ailələr
Bizi izləyin

Digər

Dünyada ən varlı ailələr

Məşhur “Forbes” jurnalı Birləşmiş Ştatların ən varlı 185 sülaləsinin siyahısını dərc edib.

Publika məlumatına görə, onların hər birinin var-dövləti ən azı 1 milyard dollar təşkil edir. Bu ailələrin toplam var-dövləti isə 1,2 trilyon dollardır. Onların demək olar ki, hamısı fəal bizneslə məşğuldur və Amerikanın “Jack Daniel’s”, “L.L. Bean”, “Getty Oil”, “Hallmark”, “Budweiser” kimi ən tanınmış brendlərinə dəxli var.

ABŞ-da və dünyada ən varlı ailə Uoltonlardır. Ailəyə "Wal-Mart" supermarketlər şəbəkəsinin banisi olan Sem Uoltonun üç oğlu daxildir. Uoltonların biznesinin əsası 1962-ci ildə Arkanzas ştatında qoyulub. Onların sərvəti 152 milyard dollar qiymətləndirilir.

Amerikanın ən varlı on ailəsi sırasında sonuncu yerdə Dankan ailəsi (25,4 milyard dollar) gəlir. Onlar energetika sektorunda aktivlərə malikdirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm