• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

412 nəfərə əlil arabası verilib

  • Digər
  • 11 İyul 2014 17:02
  • 334 Baxış
412 nəfərə əlil arabası verilib

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən tibbi göstərişi olan 412 nəfər əlilliyi olan şəxsə əlil arabası verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, ümumilikdə mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən son 6 ayda əlilliyi olan şəxslər müxtəlif növlərdə 10 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub. Bununla yanaşı, əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 445 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş belə şəxslərə isə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə bərpa-müalicə tədbirləri həyata keçirilir. Həmin stasionarlarda qeyd olunan dövrdə 355 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR