• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Üç tələbə müəlliməni zorlayıb videoya çəkdi

  • Digər
  • 12 İyul 2014 00:28
  • 1 121 Baxış
Üç tələbə müəlliməni zorlayıb videoya çəkdi

Hindistanın Uttar-Pradeş ştatının Müzəffərnaqar vilayətində zorlamada təqsirlin bilinən gənc həbs edilib. Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, cinayətkar oğlanlar gənc müəlliməni zorlayıblar. Bu azmış kimi, onlar müəlliməyə cinsi təcavüzü lentə alıblar.

Cinayətdə təqsirləndirilən Vipin, Moxit və Sorabx şənbə günü Balvakeri kəndində saxlanılıblar. India Today-ın xəbərinə görə, onlar hər üçü kollec tələbəsidir. Təhqiqatçıların verdiyi məlumata görə, zərərçəkən - 23 yaşlı müəllimə özəl məktəbdə işləyib. İstirahət günləri o, Müzəffərnaqarda evləri gəzərək, potensial şagirdlər axtarırmış. Bu zaman oğlanlardan biri arxadan gələrək ona hücum edib. Moxit adlı həmin gənc qışqırmaması üçün müəllimənin ağzını bağlayıb.

Daha sonra isə o, müəlliməni tərk edilmiş bir evə gətirib. Bundan sonra öz dostlarına zəng edib və onlar da həmin evə gəliblər. Moxit zorla müəllimə ilə cinsi əlaqədə olub, dostu isə bu səhnəni telefonun yaddaşına köçürüb. Üçüncü gənc isə keşik çəkərək evə yaxınlaşanların olub-olmamasına göz qoyub. Hadisədən sonra oğlanlar müəlliməyə hədə-qorxu gəlib, şikayət edəcəyi təqdirdə ondan qisas alacaqlarını bildiriblər. Lakin müəllimə hadisəni atasına danışıb, atası isə polisə ərizə yazıb. Hadisədən sonra müəllimə tibbi müayinədən keçib. Faktla bağlı araşdırma davam edir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR