Dünyada sürətli qütbləşmə: BRİCS genişlənir
Bizi izləyin

Digər

Dünyada sürətli qütbləşmə: BRİCS genişlənir

Rusiya Prezidenti Vladimir Putinin Kuba, Nikaraqua, Argentina və Braziliyanı əhatə edən 6 günlük səfəri davam edir.

Axar.az xəbər verir ki, Kubanın 35 milyard dollarlıq borcunu silərək yola çıxan Rusiya lideri Kubanın əfsanəvi lideri Fidel Kastro və prezident Raul Kastro ilə bir araya gəlib.

Qeyd edək ki, prezidentlərin görüşündə rus enerji şirkəti “İnter RAO” ilə Kubanın “Union Elektrik” şirkəti 1,2 milyard avro dəyərində elektik stansiyasının qurulması üçün razılaşma imzalayıb.

İki liderin iştirakı ilə keçirilən mətbuat konfransında Kastro Sovet İttifaqından qalan borcların silinməsinə görə Putinə təşəkkür edib.

Kubanın ABŞ-ın blokadasında olmasından danışan Putin, “Kubalı dostlarımıza qeyri-qanuni blokadadan azad olmaq üçün hər cür köməkliyi etməyə hazırıq", - deyib.

Xatırladaq ki, rus lider 13-14 iyul tarixlərində Braziliyada olacaq. FİFA 2014 Dünya Kuboku bağlanış mərasimində iştirak edəcək Putin bu ölkədə Almaniya kansleri Angela Merkel ilə də görüşməyi planlaşdırır.

Putinin Braziliya səfərində BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin liderləri ilə də görüşü gözlənilir.

BRİCS ölkələri IMF və Dünya Bankına alternativ İnkişaf Bankı qurmaq üzrədir. 100 milyard dollarlıq büdcəyə sahib olacağı gözlənilən banka beş ölkə bərabər şəkildə ortaq olacaq. Əlavə olaraq, BRİCS ölkələrinin enerji sahəsində ortaq bir təşkilat yaratmaq fikrində olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm