Kəlbəcər Rayon İcra Hakimiyyəti girov götürülən Dilqəm Əsgərovdan danışdı
Bizi izləyin

Digər

Kəlbəcər Rayon İcra Hakimiyyəti girov götürülən Dilqəm Əsgərovdan danışdı

Bir neçə gün öncə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov Kəlbəcərin Şaplar kəndindəndir. Artıq onun və digərlərinin girov götürülməsi ilə bağlı məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır.

Teleqraf.com məsələ ilə bağlı Kəlbəcər rayon rəhbərliyinin də mövqeyini öyrənməyə çalışıb. Kəlbəcər rayon icra hakimiyyəti başçısının köməkçisi Əbülfəz Mehdiyev bildirib ki, girov götürülən Dilqəm Əsgərov Kəlbəcərdə doğulub boy-başa çatıb. Onun sözlərinə görə, bir müddət Şəmkirdə yaşayıb: “Sonradan bizdən qeydiyyatdan çıxıb və hazırda da Rusiya vətəndaşıdır”.

Ə.Mehdiyev deyib ki, Dilqəm Əsgərov öz vətəni Kəlbəcərə gedib: “O nə oğurluğa, nə quldurluğa, nə də təxribata gedib. Öz dədə-baba yurduna gedib, əzizlərinin qəbrini ziyarət edib. Qarabağ döyüşlərində mən də iştirak etmişəm və Dilqəmi yaxından tanıyırdım. O, çox vətənpərvər, xalqının, millətinin yolunda özünü ölümə verən bir insan idi. Son illərə qədər sıx əlaqələrimiz olub. 2007-ci ilədək də tez-tez Kəlbəcərə gedib-gəlib. Bu dəfə isə onun üzərində Rusiya nömrəsi olan telefon olub. Çox güman ki, həmin telefon vasitəsilə onları mühasirəyə salıb girov götürüblər. Həmin vaxtda öz kəndlərində imiş”.

İcra başçısını köməkçisi artıq girov götürülən azərbaycanlıların hüquqlarının müdafiə komitəsinin yaradıldığını vurğulayıb. Ə.Mehdiyevin sözlərinə görə, bu komitədə bütün Kəlbəcər ziyalıları bir araya gəlib: “Çox güman ki, Kəlbəcər rayon icra başçısı da məsələyə rəsmi mövqe bildirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm