110 kq yararsız məhsul satışdan çıxarıldı
Bizi izləyin

Digər

110 kq yararsız məhsul satışdan çıxarıldı

Azərbaycanın müxtəlif bölgələrində mağazalarda istehlaka yararsız məhsullar aşkar olunub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Xaçmaz, Cəlilabad, Şəki və Zaqatalada mağazalarda 110 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm