Abdullah Gül İsrailə xəbərdarlıq etdi
Bizi izləyin

Digər

Abdullah Gül İsrailə xəbərdarlıq etdi

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, bu gün Türkiyə prezidenti Abdullah Gül cümə namazından çıxandan sonra jurnalistlərin suallarını cavablandırıb.

Abdullah Gül İsrailin Qəzzaya hücum etməsi ilə bağlı belə açıqlama verib: “İsrail qayda-qanun bilmir. Nifrət toxumları səpməkdədir. Zülmün bir an əvvəl dayandırılması lazımdır. BMT-ni çox sərt reaksiya verməyə dəvət edirəm. Fələstin lideri Mahmud Abbasla danışandan sonra açıqlama verəcəyəm... İsrailə xəbərdarlıq edirəm. Bu hücumları dayandırmasa, çox böyük olaylar olacaq. Həlak olan fələstinlilərə başsağlığı diləyirəm”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm