Tanınmış müğənni aksiyalara qoşuldu
Bizi izləyin

Digər

Tanınmış müğənni aksiyalara qoşuldu

İsrail-Fələstin qarşıdurması bir çox insanların, eləcə də məşhurların etirazına səbəb olub.

ANS PRESS-in məlumatına görə, ötən gecə Türkiyənin paytaxtı Ankarada bir qrup vətəndaş Qəzzada gedən döyüşlərdə günahsız insanların əziyət çəkməməsi və qarşıdurmanın tez bir zamanda dayandırılması üçün İsrail səfirliyi qarşısında aksiya keçiriblər.

Aksiyaçılar içində tanınmış türkiyəli rok müğənnisi Murat Kekilli də yer alıb. Ərazidən keçən yol bir müddət bağlı qalıb, avtomobillərin gediş-gəlişi kəsilib.

Fələstinlilərə dəstək verən sənətçi Murat Kekilli gitarası ilə ilahi oxuyan etirazçıları müşaiyət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm