21 yaşlı oğlan dənizdə batdı
Bizi izləyin

Digər

21 yaşlı oğlan dənizdə batdı

Xaçmaz rayonunda dənizdə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 1 km aralıda, nəzarət olunmayan ərazidə 1993-cü il təvəllüdlü Qənbərzadə Təbriz Etibar oğlu batıb.

ANS PRESS-in məlumatına görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

T.Qənbərzadənin cəsədi “Nabran” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm