• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanın ən xarizmatik və yaraşıqlı kişisi: “Həyatımda sevgi çatışmır” - Fotolar

  • Digər
  • 21 İyul 2014 14:01
  • 3 926 Baxış
Azərbaycanın ən xarizmatik və yaraşıqlı kişisi: “Həyatımda sevgi çatışmır” - Fotolar

Azərbaycanda model biznesi hələ də inkişaf mərhələsinə keçə bilmir. Bu səbəbdən həmin sahədə məşhur modellərimiz çox azdır və ya olanlar da xaricə üz tutur. Bugünkü mühasibimiz Azər Atakişiyev də gələcək karyerasını Azərbaycandan kənarda qurmaq fikrindədir.

Azərbaycanının ən yaraşıqlı kişi modeli Azər Atakişiyev Tabloid.az-ın “Kokteyl” layihəsinin qonağı qismində iştirak etdi. A.Atakişiyev şəxsi həyatı, sevdiyi xanım, karyerası haqqında suallarımıza səmimi cavablar verdi.

- Müsahibəyə başlamazdan əvvəl istərdim səni yaxından tanıyaq.

- 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. Hazırda Almaniyada Münhen Universitetində təhsil alıram. Təhsildə qazandığım uğurlara baxmayaraq, professional idmanla məşğul oluram. İdmanla təkcə formada qalmaq üçün məşğul olmuram, idman mənim üçün sağlam həyat tərzidir.

- Hansı ixtisas üzrə təhsil alırsan?

- İqtisadiyyat fakültəsində oxuyuram.

- İdman, iqtisadiyyat sektoru və modellik bir-birinə tamamilə yad olan sahələrdir. Niyə model olmaq qərarına gəldin?

- Avropa çempionatına qatılmışdım, yarışdan qayıtdıqdan sonra 2008-ci ildə “Best Model of Azerbaijan” yarışmasında iştirak etməyi qərara aldım. Qalib olacağıma inanmırdım, amma “Runner Up” nominasıyasında 1-ci yerə layiq görüldüm. 2010-cu ildə yarışmaya yenidən dəvət olundum, bu dəfə 3 nominasiya üzrə “The Best model of Azerbaijan”, “Mister Azerbijan” və “The Best Handson boy mister Azerbaijan 2010” nominasiyaları üzə mükafatlandırıldım.

- Bu sahədə səni əsas nə cəlb edir?

- Yarışmaya qatılanda bu sənətə sadəcə hobbi kimi baxırdım. Avropaya gedəndən sonra modellik sahəsinə daha ciddi yanaşmağa başladım. Artıq 5 ildən çoxdur ki, model biznesindəyəm və peşəkar fəaliyyət göstərirəm.

- Təhsilini davam etdirə bilirsən? Modellik mane olmur ki?

- Mane olmur. Sadəcə ara-sıra problemlər və işlər olduğu üçün Bakıya qayıtmalı oluram.

- Bu sənətdən əldə etdiyin qonarar səni qane edir?

- Azərbaycanda modellərə verilən qonarar çox aşağıdır. Buna görə də, hər çəkilişə də razı olmuram. Gördüyüm işim müqabilində az qonarar təklif edirlərsə, həmin çəkilişlərə getmirəm. Az çəkilərəm, amma normal qonarar olmaq şərtilə. Avropada modellərin işi daha yüksək tutulur, qazancları da yaxşı olur.

- Hər hansı xarici markadan sənə iş təklif olunub və ya dəvət gəlib?

- Parisdə və İstanbulda sentyabr ayında keçiriləcək dəb həftələrinə dəvət ediblər. Özüm İtaliyada, ya da Fransada model agentliyində işləməyi planlaşdırıram.

- Xarici model agentlikləri ilə işləmək üçün nə etmək lazımdır? Özün haqqınızda məlumat və şəkillər göndərmək tələb olunur?

- Model agentliklərinə CV göndərəməklə heç nəyə nail olmaq olmaz, çox boş şeydir. Çünki həmin agentliklərə hər gün yüzlərlə, hətta minlərlə insan öz CV-sini göndərir. Dolayısı ilə sənin seçilmək şansın sıfıra bərabər olur. Özünü şansın öhdəsinə buraxırsan. İşçilərin bütün CV-ləri nəzərdə keçirməyə vaxtı da olmaz. Ora yalnız canlı müraciət etməlisən.

- Sən getmisən?

- Onların qarşısına daha yaxşı işlərlə çıxmaq üçün hələ hazırlaşıram.

“Şəxsi həyatında fədakarlıq etməlisən”

- Sənin üçün modelliyin ən çətin tərəfi nədir?

- Hər zaman formada olmalısan. İntensiv şəkildə məşqlər etməlisən. Hər zaman tezdən oyanmaq, idman etmək, yaraşıqlı və gözəl görünmək məcburiyyətindəsən. Əslində, asan peşə deyil. Şəxsi həyatında fədakarlıq etməlisən. Yaxınlarına, ailənə istədiyin qədər zaman ayıra bilmirsən. Heç kimin tanımadığın ölkələrə gedirsən, ailən üçün darıxırsan...

“Hətta bəziləri bundan qızlarla tanış olmaq üçün sui-istifadə edirlər”

- Kənardan çox asan görünür. Çünki çox əziyyət çəkdiyinizi demək olmaz.

- Hər bir işin özünün çətin tərəfləri var. Burada insanlara belə asan görünür. Səndən tələb olunanı peşəkarcasına təqdim etmək çox çətindir. Modeldən də, fotoqrafdan da çox şey asılıdır. Modelin vəzifəsi məhsulu təkcə öz üzərində nümayiş etdirməkdən ibarət deyil, həm də alıcını onu almağa həvəsləndirməlidir. Digər modellərdən fərqlənmək üçün xarizmanı ön plana çıxarmalısan.

Bizdə oğlanlar adi fotosessiya etdirməklə özünü model sayır. Halbuki, bu, peşəkarlıqdan tamamilə uzaqdır. Hətta bəziləri bundan qızlarla tanış olmaq üçün sui-istifadə edirlər.

- Sən qızlarla tanış olmaq üçün yaraşığından heç istifadə etməmisən?

- Qətiyyən, mən heç vaxt belə bir addım atmaram. Model olmazdan əvvəl də küçədə gəzəndə qızlara söz atmamışam, nə də artıq-əskik danışmamışam. Belə bir şey ola bilməz, mənim tərzimə, tərbiyəmə heç uyğun deyil.

- Bəs səni sevgi mesajları ilə bezdirən qızlar olur?

- Belə şeylər olur. Xanımlardan çox zaman xoş sözlər və təriflər eşidirəm. Müəyyən mənada tanınan model olduğum üçün bu cür halları normal qarşılayıram.

- Gözəl qızların bir-birinin paxıllığını çəkdiyini hər kəs bilir. Bəs oğlanlar arasında necə, belə bir hal varmı?

- Tək modellərə yox, ümumiyyətlə, gündəmdə, üzdə olan insanlara münasibət birmənalı deyil. Əlbəttə, hər zaman yaraşıqlı və qüsursuz insanlara paxıllıq edirlər. Bu da həmişə söz-söhbət yaradır.

Dostlarım arasında isə belə bir şey olmayıb. Daxilində nə baş verdiyini deyə bilmərəm, amma onların mənə qarşı paxıllıq etdiklərini hiss etməmişəm.

- Model olmaq geyim zövqünün formalaşmasına təsir edib?

- Modelliyə təzə başlayanda hər şey tamam başqa cür idi. Təcrübə artdıqca, dəb həftələrində iştirak etdikcə zövqün də inkişaf edir, daha yaxşı formalaşır.

“Açıq-saçıq geyimdə qonarar daha yüksək olmalıdır”

- Xanım modellərə çimərlik geyimində çəkilmək təklif olunursa, qonarar daha çox olur. Kişi modellərin işi də yüksək qiymətləndilir? Yəni, soyunduqca daha çox qazanc əldə olunur?

- Əlbəttə ki, arada fərq var. Bir var adi geyimdə çəkilirsən, bir də var çimərlik geyimində çəkilməlisən. Açıq-saçıq geyimdə qonarar daha yüksək olmalıdır. Modelin səviyyəsində də çox şey asılıdır. Məsələn, elə model var ki, hansı geyimdə, pozada olmasından asılı olmayaraq eyni qonarar təklif olunur. Elə model də var ki, çox xırda çəkilişdən yaxşı qazanc əldə edir.

- Qadın modellər kişi modellərdən daha məşhurdurlar və daha çox qazanırlar. Bu səni narahat etmir ki?

- Qadın modellərə tələbat daha çoxdur. Çünki onların reklam edə biləcəkləri məhsulların çeşidi çoxdur. Kosmetik məhsulların reklam çəkilişlərində kişilər iştirak edə bilməz axı. Əksinə, ən sevdiyim modellərin dünyanın ən varlı qadınları olması xoşuma gəlir.

- İndi modellərin çoxu seriallarda çəkilir. Sənə belə bir təklif gəlibmi, yəni bu, gözlənilir?

- Özümü bizim seriallarda görümürəm. Çünki çox aşağı səviyyədə çəkilir. Serialların ssenarisi çox bərbad vəziyyətdə olur.

- Qazanc əldə etdiyin başqa sahə var?

- Təhsilimi bitirdikdən sonra ixtisasıma uyun olaraq dostumla biznes işləri ilə məşğul olmağı planlaşdırırıq.

- Xarici görkəmində nəyi dəyişmək istərdin?

- Heç nəyi dəyişmək istəməzdim.

- Yəni, özündən razısan?

- Yox, oxucular bunu özündən razılıq kimi qəbul etməsin. Sadəcə fikirləşirəm ki, Allah insanı necə yaradıbsa, elə də olmalıdır. Model biznesində kişi və ya qadın əməliyyat etdiribsə, o model sayıla bilməz. Modelin üz cizgiləri, bədən quruluşu təbii olmalıdır. Avropada modellərə plastik əməliyyat etdirməyə icazə verilmir.

- Qocalmaqdan, üzünün qırışmasından, saçlarının tökülməsindən qorxmusan?

- Qocalmaqdan qorxmuram, təbiətin qanunudur və bir gün hamımız qocalacağıq. Digər məqamlara gəldikdə, indiki yaşımda saçımın tökülməsindən bütün kişilər kimi mən də qorxuram. Əslində, hər bir yaşın öz gözəlliyi var və onu doya-doya yaşamaq lazımdır.

- Sən həyatını istədiyin kimi yaşaya bilərsən?

- Heç kim həyatını ürəyi istədiyi kimi yaşaya bilmir. Bu, mümkün olan şey deyil. Hamının həyatında nə isə çatışmır.

“Mənim həyatımda hazırda sevgi çatışmır...”

- Sənin həyatında nə çatışmır?

- Maraqlı bir açıqlama verə bilərəm. Mənim həyatımda hazırda sevgi çatışmır...

- Fikrimcə, sən sevgini istədiyin an əldə edə bilərsiniz. Bu, sənin üçün çətin olmamalıdır.

- Başa düşürəm, sadəcə mən ciddi münasibət qurmağın tərəfdarıyam. Həyatımda uzun müddət sevdiyim biri olub. Ondan sonra kiminləsə münasibət qurmaq və yenidən sevmək asan deyil.

- Münasibətlərinizə son verdiyinizə görə, peşmansan?

- Bu suala necə cavab verəcəyimi bilmirəm. Hardasa peşmançılıq hiss var. Sevdiyim xanımdan ayrıldıqdan sonra bu günə qədər sevə biləcəyim başqa insan qarşıma çıxmayıb. Bundan sonra sevə biləcəyimi isə zaman göstərəcək...

- Ayrılığın səbəbi nə idi?

- Bu, mənim səhvim deyildi. Xanımın səhvi idi, son nəticədə ayrılmaq qərarına gəldik.

- Heç hansısa qıza görə nə vatxsa ağlamısan?

- Həyatımda 1 dəfə sevmişəm, o da sonuna qədər olmayıb. Kədərləndiyim vaxt olub, ağladığım xeyir. Hazırda heyatımda heç kim yoxdur.

- Sevə biləcəyin xanımda hansı xüsusiyyətləri görmək istərdin?

- İlk növbədə Azərbaycan mentalitetinə uyğun bir xanım olmalıdır.

- Yəni, model ola bilməz?

- Model qız dostlarım məndən inciməsinlər, amma model ola bilməz.

- Səbəb?

- Bu, mənim subyektiv fikrimdir.

- Çox mühafizəkar və qısqanc kişisiniz?

- Model biznesi ilə məşğul olsam və Avropada təhsil alsam da, Azərbaycan milli mentalitetini qoruyub saxlamaq mənim üçün çox vacibdir. Bəli, qısqancam.

- Mentalitet, sənin kriteriyalarına görə nədir?

- Əgər xanımdan söhbət gedirsə, ailə tərbiyəsi olmalıdır. Gecə həyatı sürən xanım mənim həyatıma daxil ola bilməz. Həmçinin geyimdə də çərçivədən kənara çıxmaq olmaz. Həddindən artıq açıq-saçıq geyinmək mənim üçün artıq qəbul olunmaz haldır.

- Sənin üçün qadın gözəlliyi nə ifadə edir?

- Onun ağlı, özünü aparması, ağır təbiətli, mədəni olması və intellekti.

- Bəs xarici görkəmi? Axı istinasız bütün kişilər qadında ilk olaraq onun xarici görkəminə fikir verir.

- Düzdür, insanı ilk növbədə qarşısındakının xarici görkəmi cəlb edir və ona vurulur. Daxili dünyası boş olan o qədər gözəl xanım çox görmüşəm ki, artıq gözəllik ikinci plana keçib. Ailə həyatı qurduğum xanım çox gözəl olmaya da bilər. Əsas onun ağlı gözəl olsun.

- Allah hamıya yaraşıqlı, gözəl və ağıllı olmağı nəsib etmir. Amma yaraşıqlı kişilər və gözəl xanımların ağılsız olduğunu tez-tez dilə gətirirlər. Səncə bu fikir həqiqətdir?

- Adətən belə olur. Amma bu dəqiq yoxlanmış statistika deyil. Çox gözəl, eyni zamanda, ağıllı və mədəni olan xanımlar da çoxdur.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR