Kişiləri məst edən qarayanız gözəllər - Fotolar
Bizi izləyin

Digər

Kişiləri məst edən qarayanız gözəllər - Fotolar

Qadın gözəllik simvoludur! Nahaq yerə qadın gözəlliyi ilahi gözəllik hesab edilmir və ən yaxşı gözəllik simvolu olan qadınlar heç də təsadüfən ilahə adlandırılmır. Kişiləri özünə heyran qoyaraq əsir edən ən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən ən böyük sərkərdələr, ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdə aciz qalır. Qadın özü çox qeyri-müəyyən xarakterə malik olduğunu və nə istədiyini bilmədiyi kimi, gözəlliyi çox qəliz və həssas məsələdir. Bunu zövq məsələsi də hesab etmək olar. Yəni, birinin bəyənmədiyi qadına digəri məftun ola bilər. Amma bu qadınlara illərdir ki, təkcə bütün kişilər yox, qadınlar da heyrandır.

Sarışınlar kişilərin diqqətini çəksə də, əks cinsin nümayəndələrinin əksəriyyəti qarayanız xanımlara üstünlük verirlər. Dünyanın ən cazibədar və seksual xanımlarının qarayanız olması bu fikri bir daha təsdiq edir. Tabloid.az bu icmalında dünyanın ən seksual qarayanız xanımları haqqında bəhs edir.

Vivyen Li: 2000 aktrisa arasından seçilən Vivyen “Bütün dünya xalqlarının ən gözəl filmi” sayılan "Küləklə sovrulanlar" filmindən sonra ən çox tələb olunan aktrisa olur. 26 yaşında ilk “Oskar” mükafatını alır. Bu filmdə o, bütün dünyaya sübut edə bilir ki, ekranda amerikalı dəlisov tərzini ondan başqa heç kim ki yaxşı oynaya bilməzdi.

Вивьен Ли

Vivyen üçün “Arzuların tramvayı” filmində rol almaq əzab idi. O, qəhrəmanının taleyinin necə alt-üst olmasının da dərdini çəkirdi. Lakin gözlənilməz bir hadisə baş verir. Rolunu olduqca inandırıcı ifa edən Vivyen məhz bu filmə görə ikinci "Oskar"ını alır.

Odri Hepbern: Ötən əsrin 60-cı illərindən bu günə kimi amerikalı kino ulduz Odri Hepbern XX əsrdə dünyanın 10 ən gözəl aktrisasından biri hesab olunurdu. O, müdrik fikirlərin müəllifi, hədsiz sayda mükəmməl ifa etdiyi rolları, ən əsası mələk gözəlliyi ilə milyonlarla tamaşaçı qəlbini və sevgisini qazanıb. Aktrisa hər kəsin yaddaşında xeyirxah əməlləri sayəsində qalıb.

Одри Хепберн

Odri (əsl soyadı Hepbern Raston) 1929-cu il mayın 4-də Brüsseldə anadan olub. Sonra valideynləri ilə birlikdə Londona köçüb. Özünü teatra həsr etmək arzusu ilə yaşayan gənc Odri balet məktəbində təhsil alıb. Zərif bədən quruluşunu da bununla izah etmək olar. Hepbern ilk dəfə 1950-ci ildə “Cənnətdə gülüş” filmində çəkilib. Londonun teatr səhnəsində çıxış edən gənc balerinanı rejissor Mario Dzampo kəşf edir və onu adıçəkilən filmdə epizodik rola çəkir. Bu filmdən sonra aktrisa başqa filmlərə dəvət alır.

Məharətli ifası və aktrisalıq qabiliyyəti ilə milyonların məhəbbətini qazanan Odri Hepbern xeyirxah əməlləri ilə də tanınır. Bu qadının xeyirxahlığını sözlə ifadə etmək çətindir. O, ağır xəstə ikən vəsiyyət etmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa, hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicə fonduna keçirsinlər. Aktrisanın özü də 1993-cü ildə bağırsaq xərçəngindən vəfat edib.

Elizabet Teylor: Elizabet Teylor 27 fevral 1932-ci ildə Londonda dünyaya gəlib. Əsli ingiltərəli olan amerikalı aktrisasının hələ uşaqlıq illərindən ulduzu parlayır. O, yetkinlik dövründən öz istedadı, bacarığı, qabiliyyəti, həyat tərzi, gözəlliyi və ala gözləri ilə başqalarından fərqləndi və tanındı.

Элизабет Тейлор

Teylorun birinci çəkildiyi müvəffəqiyyəti film “National Velvet” idi. İstedadlı aktrisa bunun ardınca “Father of the Bride” “A Place in the Sun” “Giant” “Cat on a Hot Tin Roof” və “Suddenly, Last Summer” filmlərinə çəkilir. “Hollivud kraliçası” 3 dəfə "Oskar" mükafatına layiq görülüb. Qonorarı bir milyon dollar təşkil edən ilk aktrisa olub. O, daha çox brilyantlara olan sonsuz sevgisi, şəxsi həyatı ilə, ən əsası səkkiz dəfə ailə həyatı qurması ilə diqqət mərkəzində olub. Yeri gəlmişkən, məhz zinət əşyalarına olan dərin sevgisi sayəsində kişilər müasir Kleopatranı hansı hədiyyə ilə sevindirəcəyini biliblər. Elizabet Teylor 23 mart 2011-ci ildə, 79 yaşında ürək dayanmasından vəfat edib.

Monika Belluçi: Cazibəsi, gözəlliyi ona baxanların gözlərini ağrıdır. Klassik üz cizgiləri və mükəmməl bədən quruluşu ilə istəmədən bütün kişiləri özünə aşiq edir. 49 yaşlı aktrisaya illər, qırışlar qətiyyən təsir etmir. İndiyə qədər bu əfsanəvi qadınla rəqabət apara bilən gənc və gözəl bir pəri tapılmayıb. Hollivudun ən gözəl, ən cazibədar xanımı olduğu isə mübahisə olunmazdır. Müasir dövrümüzün seks-simvol titulunu Monika Belluçi daşıyır.

Моника Беллуччи

Aktrisanın mələyə oxşayan məsum parlaq zahiri, qüsursuz və günahkar bədəni rejissorları, modelyerləri hələdə ruhlandırır. Onun “Təhqir olunmuş gözəllik” sonsuz interpretasiya mövzularında oynadığı rolları kino tarixinin əvəzolunmaz obrazlarıdır. Aktrisa klassik universal gözəlliyi ilə əks cinsin nümayəndələrinin yuxularına haram qatır... Qeyd edək ki, Monikaya etnik və seksual azlıqların təsvir olunduğu arthause - kino janrında daha çox tələbat var. Əgər bu qadın olmasaydı, yəqin ki, rəssam və yazarlar bu obrazı xəyallarında fikirləşməli olardılar.

Vensan Kassellə qiyabi evliliyi 14 ilə yaxın davam edir. Cütlük boşandıqdan sonra Monika darıxmaq haqqında fikirləşmir. Çünki bəşəriyyətin güclü cinsin nümayəndələrinin yarısı ona heyrandır. Hətta aktrisa boşanandan dərhal sonra dünyanın ən zəngin kişiləri ona elçi düşür.

Ancelina Coli: Dünyanın ən çox qonarar əldə edən aktrisalarından biridir. Bundan başqa kişi jurnallarının reytinqinə görə, planetin ən arzulanan qadınlarından biridir. O, milyonlarla insanın sevgisini və heyranlığını təkcə gözəlliyi sayəsində əldə etməyib. Belə ki, xeyirxah əməlləri sevilən məşhurlar siyahısına daxildir.

Анджелина Джоли

Bred Pittlə artıq uzun illərdir ki, həyatlarını paylaşırlar. Bu cütlük bir-birinə çox yaraşır. Aktrisa döş xərçəngindən əməliyyat olunanda fanatları çox narahat olmuşdu. Gündən-günə arıqlasa da, aktrisanın səhhəti hazırda normaldır.

Penelopa Kruz: Kişilərin məftunluğunu, qadınların isə həsəd və paxıllığını qazanan qarayanız gözəllərdən biri də Penelopa Kruzdur. Penelopa “Oskar” alan ilk ispan gözəlidir.

Пенелопа Крус

Penelopa Kruz Sançes 1974-cü il aprelin 28-də Madriddə dünyaya gəlib. Atası xırda alverçi, anası isə gözəllik salonunda işləyib.

Penolopa həyatının kişisini gec də olsa, tapır. Penelopa və Xaver hər ikisi gec yaşda evlənirlər. Qeyd edim ki, onlar bir-birinə aşiq olmazdan öncə tanış olublar. Hətta eyni filmlərdə açıq-saçıq səhnələrdə rol alıblar. Görünür, hər şeyin öz vaxtı var: qovuşmaları üçün hər ikisi uğursuz sevgi romanları yaşamalı və sınaqlardan keçməli idilər. Penelopa Kruz başa düşür ki, amerikalı və britaniyalı “boyfriend”lər yaxşıdır, ancaq eyni mədəniyyətə sahib olduqları üçün Xaver ona daha əzizdir. Onların nikahı çox həqiqi və uzunömürlü görünür.

Penin 36, Xaverin isə evlənəndə 41 yaşı var idi. Toyları çox sadə keçir, dəvətlilər isə təkcə yaxın dostlar idi. Hamiləliyi dövründə Penelopa qapalı həyat tərzi yaşayırdı. Böyük qarnı ilə mətbuata çıxmaqdan utanır və heç yerə müsahibə vermirdi. Övladları dünyaya gəldikdən sonra onu mətbuatdan gizli saxlamağa çalışırdılar. Qeyd edim ki, Penin hamilə və bikini ilə çəkilən fotoları çoxlarını təəccübləndirmişdi. Hamilə olsa da, bədəni çox gözəl görünürdü.

Demi Mur: Demi Mur da yaşı olmayan, əbədi gənc qadınlar siyahısına daxildir. Bu cür gözəlliyə sahib olsa da, şəxsi həyatı haqqında eyni sözləri deyə bilmərik. Belə ki, aktrisa qalmaqallı və nakam məhəbbət macəraları ilə bir vaxtlar gündəmdən düşmürdü.

Деми Мур

Demi Mur 11 noyabr 1962-ci ildə Rozuel, Nyu-Meksiko-da kasıb bir ailədə anadan olub. Bioloji atası Çarlz Harmon, anası Virciniyanı Demi doğulmazdan öncə, evliliklərinin ikinci ayında tərk edir. Demi Mur 16 yaşından məktəbi ataraq filmlərə çəkilməyə başlayır.

1982-1983-cü illərdə o, narkotikaya qurşanır. 1985-ci ildə “Elmos küçəsində alov” filminə çəkilişlər sayəsində narkotik asılılıqdan azad olur. 1990-cı illərdə “Ruh”, “Bir neçə yaxşı kişi”, “Nalayiq təklif”, “Striptiz” filmləri ilə ən bahalı aktrisalar siyahısına düşür. 2003-cü ildə ən pis qadın aktrisası kimi “Qızıl moruq” antiprizinə layiq görülür. Buna baxmayaraq, Demi Mur hələ də incə və arzuolunan qadın ampluasında qalmağa müvəffəq olub.

Demi Mur 18 yaşında Freddi Mur, 1987-ci ildə Brüs Uillislə, 2005-ci ildə özündən 15 yaş kiçik olan Eşton Kutçer ilə ailə qurur. 2011-ci ilin noyabr ayında isə o, media vasitəsilə Eşton Kutçerlə evliliklərinin bitdiyini açıqlayır, lakin təzminat məsələsinə görə cütlüyün məhkəmə prosesi iki il ləngiyir. 2013-cü il noyabrın 27-də cütlük rəsmi şəkildə boşanır.

Salma Hayek: Salma Hayek 2 sentyabr 1966- cı ildә Meksikanın Verakruz şәhәrindә anadan olub. Atası Livanlı Sami Hayek varlı iş adamı, anası meksikalı Diana Jimenez operada işləyib. Salma ispan, әrәb, portuqal dillərindә sәrbәst danışır.

Gәnc yaşından aktrisa olmaq arzusu ilә yaşayan Salma mәktәbi bitirdikdәn sonra “Tereza” operasında rol alır və tanınmağa başlayır. Beynәlxalq әlaqәlәr fakültәsinә qәbul olsa da, aktrisalıq arzusu ilә Meksikadan ayrılmağı qərara alır. 1991- ci ildә mәktәbi yarımçıq qoyub Los-Ancelesә gedir. Heç kim tәrәfindәn tanınmayan aktrisa ilk olaraq Stella Adlerdәn fərdi dәrslәr alır. Mәşhur rejissor Robert Rodriqez tәrәfindәn kәşf edilir. İlk dәfә 1993- cü ildә mәhşur aktyor Antonio Banderasla baş rollarını bölüşdüyü “Desperado” filmindәn sonra dünya şöhrətli tanınmış aktrisa kimi tanınır.

Сальма Хайек

Aktrisa 50- dәn çox filmә çәkilib. 2003-cü ildә “Ən yaxşı qadın aktrisa” adını alır. “Frida” filmindәki Kahlo roluna görә Oskara namizәd görülür, “Qızıl kürә” mükafatı alır.

2000- ci ildә şәxsi “Ventanarosa” adlı şirkәtini qurur. “The Maldonado Miracle” layihəsinə görə “Emmi “mükafatı qazanır. O zamanlarda ABŞ- ın әn çox fotosu çәkilәn qadını olur vә “Avon” kataloqunun qadın siması seçilir. Kino aktrisası, aktrisalıqdan әlavә bu gün hәm rejissor, hәm şirkәt rәhbәri kimi fәaliyyәt göstәrir.

Salma Hayek Fransalı milyarder Francois Pinaultun oğlu iş adamı Henri Pinault ilə 2007- ci ildә nişanlanır. Cütlüyün Valentina Paloma adlı bir qız övladları dünyaya gәlir. Cütlük 2009 - cu il 14 fevral Sevgililәr günündә Parisdə ailә qurub.

Ketrin Zeta Cons: Britaniya aktrisası Ketrin Zeta Cons 25 sentyabr 1969-cu ildə Uelsin Suonsi şəhərində anadan olub. 14 yaşında televiziya şousunda iştirak etmək üçün dinləməyə dəvət olunur. Ketrin 1987-ci ildə Londonda “42-ci küçə” müziklində debüt edir. Bir ildən sonra aktrisaya Filipp de Brokun “1001 gecə” filmində Şəhrizad rolu təklif olunur. 1991-ci ildə Ketrin “Mayın sevimli qönçələri” televiziya serialına çəkilir və bu, aktrisaya böyük şöhrət gətirir. 2003-cü ildə Zeta Cons “Çikaqo” müziklində ikinci planda oynadığı rola görə, “Oskar” mükafatı alır. Aktrisanın məşhur işlərindən biri də Antonio Banderasla oynadığı “Zorro əfsanəsi” filmidir.

Кэтрин Зета-Джонс

Ketrin Zeta-Cons Hollivud aktyoru Maykl Duqlasla evlidir. Onların iki uşağı - Dilan Maykl Duqlas adlı oğlu və Keris Zita Duqlas adlı qızları var. 2013-cü ildə Ketrin Zeta Cons və Maykl Duqlas 13 illik ailə həyatının sona çatdığı xəbəri bütün dünyanı heyrətə gətirdilər. Avqust ayının sonunda aktrisanın rəsmi nümayəndəsi bəyan edir ki, cütlük müvəqqəti olaraq ayrı yaşamaq və münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib. Bundan əvvəl Amerika tabloidləri cütlüyün münasibətində gərginliyin olduğunu yazırdılar. Bir məlumata görə, Maykl Duqlas həyat yoldaşının psixi problemlərindən cana doyur. Digər məlumata görə isə Ketrin ərinin daimi xəyanətlərindən yorulur. Noyabr ayında yayılan digər xəbərdə isə onlar artıq Nyu-Yorkdakı evlərində birgə yaşadığı deyilir.

Meqan Foks: Megan Foks 1986-cı ildə mayın 6-da Amerikanın Tennesi ştatında dünyaya gəlib. Onun valideynləri hələ 3 yaşı olanda boşanır. Anası tezliklə başqa bir kişi ilə ailə qurur və Floridaya köçürlər. Ögey atası çox mühafizəkar idi. Atası-anası ilə münasibəti o qədər gərgin idi ki, qızın ruhi vəziyyətinə güclü təsir edir və şizofreniyanın yüngül növünə tutulur. Bir müsahibəsində “Çox çətin xarakterim var, bu da uşaqlıqda yaşadığım travmaların nəticəsidir. Ailə təzyiqləri məni şizofreniya həddinə çatdırmışdı...”,- deyir.

Меган Фокс

Hollivudda yeni-yeni parlamağa başlayan gözəli təkcə rejissorlar deyil, ən nüfuzlu jurnalların redaktorları da görür və Meqan jurnalların üz qabığına dəvət alır. 2006-cı ildə Meqan “FHM” jurnalının hazırladığı dünyanın 100 ən seksual və cazibədar qadınları arasında 68-ci yerdə qərar tutur. Ancelina Coliyə bənzədiyi üçün onu Colinin vəliəhdi elan ediblər.

“Transfarmator” filminin qəhrəmanı qadınlarda nifrət hissi, kişilərdən isə heyranlıq hissi oyadır. Kişilərin ondan ötrü ürəyi getsə də, aktrisa və model 2008-ci ildə jurnalistlərə qadınlarla görüşdüyünü etiraf edir. Lakin Brain Austin Greenlə Meqan Foks 2010-cu ildə barışır. Cütlük Havay adalarına qaçıb hamıdan gizlin şəkildə evlənir. Onların bir oğlu var və Foks daha bir övlad dünyaya gətirməyə hazırlaşır.

Beyons: Jizel Noulz (Giselle Knowles), yaxud da bizim təkcə Beyons kimi tanıdığımız ulduz 1981-ci ildə Amerikada Texas ştatında dünyaya gəlib. Beyons pop və R&B divası, stilist , model, rejissor, rəqqas, aktyor, prodüser, söz yazarı, ən nəhayət məftunedici gözəldir. Fərqli üz cizgiləri və möhtəşəm bədəni bütün kişilərin xəyallarını bəzəməklə məşğuldur.

Бейонсе Ноулз

Qeyri-adi gözəlliyi ona anasından miras qalıb. Anası Luizana ştatındandır. Deməli, qanında fransızların, amerika hindularının, ispanların və digər xalqların, tamamilə fərqli mədəniyyətləri toplanıb. Artistizm və yaxşı vokal qabiliyyəti qızcığazda erkən yaşlarda özünü büruzə versə də, uşaqlıqda çox sakit və utancaq qız olub. Heç kəsin ağlına da gəlməzdi ki, belini büküb gözlərini aşağı salıb döşəməyə dikən və haradasa kənarda sakitcə dayanan qızcığaz gözqamaşdırıcı gülüşü ilə milyonlarla izləyicini ələ alacaq.

Şəxsi həyatı və kişilərlə münasibətlərini Beyons kənar gözlərdən gizlədir. Bunu da yaxşı bacarır. Müğənnin neçə il birlikdə işlədiyi musiqiçi Jay-Z ilə romanının nə vaxt başladığını özlərindən başqa heç kim bilmir. Bir-birinə nə vaxt aşiq olduqları məlum olmasa da, 2000-ci ildən tanışdılar, 2008-ci ildə isə evlənirlər. Blue Ivy adında 2 yaşında bir qızı var. Jay-Z və Beyons dünya şou-biznesində ən nüfuzlu şəxslərdən biridir. Onlar şəxsi həyatı barədə suallara cavab vermirlər, yalnız dostları və qonşuları ilə ünsiyyət qururlar.

Mila Kunis: Slavyan əsilli qadınların füsunkar gözəlliyi təkcə kişiləri deyil, elə qadınları da heyrətləndirir. Mila Kunis bu qadınlar arasında ilk yerdədir. Yoxsa, bütün dövlərin ən seksual qadını seçilməzdi ki...

Mila Kunis 1983-cü ilin 14 avqustunda Ukraynada sadə bir ailədə dünyaya gəlib. Atası sürücü işləyirdi, anası isə mühəndis idi. Lakin bütün ailə 1991-ci ildə SSRİ-nin dağıldığı ərəfədə Los-Ancelesə köçür. Mila ingiliscə bir dənə də olsa, söz bilmirdi, buna baxmayaraq, qızcığaz köçdükdən bir neçə gün sonra məktəbə yazılır. Başqa dili mənimsəmək və o dildə danışmaq ona asan başa gəlmir.

Мила Кунис

Mila Kunis 2012-ci ildən yeni “boyfriendi” yaraşıqlı aktyor Eşton Kutçer görüşür. Eştonun Demi Mur ilə evli olması cütlüyün arasında böyük maneə olsa da, maneəni dəf edirlər. Deyilənlərə görə bir-birini dəli kimi sevirlər. Eşton slavyan gözəlinə görə, özündən 16 yaş böyük olan arvadı Demi Murdan ayrılır. Cütlük hazırda dünyaya gələcək övladlarının yolunu gözləyir.

İstedadlı rolları ilə zəmanəmizin ən perspektivli gənc aktrisasından biri statusunda öz yerini möhkəmləndirə bilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm