İŞİD Qəzzaya girməyə hazırlaşır - Şok
Bizi izləyin

Digər

İŞİD Qəzzaya girməyə hazırlaşır - Şok

Dünyaca məşhur Əl-Cəzirə və As-Savsana xəbər agentliyi İŞİD-in (İraq Şam İslam Dövləti) Qəzzaya girəcəyini yazıb. Agentliklərin verdiyi xəbərə görə, “İslam Dövləti” "İŞİD İsrailin xidmətçisidir" fikrinə aydınlıq gətirmək qərarına gəlib.

Axar.az xəbər verir ki, İslam Dövləti (keçmiş adı İŞİD) Suriyadakı təlim düşərgələrində “İŞİD-in Qəzza mücahidləri” olaraq adlandırdığı qrupun görüntülərini yayımlayıb.

İŞİD-in ictimai media hesabında yayımlanan görüntülərdə döyüşçülərin əllərindəki silahların üstündə "İŞİD-in Qəzza mücahidləri" və "Gəlirik, ey yəhudilər" ifadələrinin yazıldığı görünüb.

Bundan əlavə İŞİD “Qəzzalı mücahidlər” olaraq adlandırdığı qrupun “Şeyx Əbu Nur Maqdisi briqadası” adı altında Suriyadakı hərbi təlim düşərgələrində Qəzzaya girmək üçün təlim aldığını vurğulayıb.

İŞİD Qəzza bölgəsində rəhbərliyi əlində saxlayan HƏMAS-a "Üz-üzə gəlməyə az vaxt qalıb və qarşıdurma qaçılmazdır", - deyə xəbərdalıq göndərib. Onlar bunun ardınca 2009-cu ildə HƏMAS əsgərləri tərəfindən öldürülən sələfi din adamı - Şeyx Əbdüllətifin də intiqamını alacağını bildirib.

Çox keçmədən HƏMAS-ın liderlərindən olan Əbdülfəttah Duxan İŞİD-in mesajına cavab verib:


"Doğru olan islami yoldan azmış heç bir qrupa Qəzzaya daxil olmağa əsla icazə verməyəcəyik”.

Qəzzadakı HƏMAS rəhbərliyinin Ədliyyə naziri Məhəmməd Fərəc Gül isə İŞİD-in Qəzzaya girişini spekulyativ yalan olaraq qiymətləndirib. Gül daha sonra “İŞİD Qəzzaya sionist rejimlə mübarizə üçün gəlirsə, buyursun gəlsin, ancaq niyyətləri ayrıdırsa, lazım olan qarşılığı görəcəklər”, - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm