"Apple" 80 milyon “iPhone" sifarişi alıb
Bizi izləyin

Digər

"Apple" 80 milyon “iPhone" sifarişi alıb

"Apple" 80 milyon “iPhone" sifarişi alıb.

ANS PRESS-in məlumatına görə, ABŞ korporasiyası “iPhone”nin son modelinin - “iPhone6” smartfonunun satışa çıxarılmasını cari ilin sentyabr ayında nəzərdə tutsa da bu iş ilin sonunda və ya 2015-ci ilin yanvar ayında reallaşacaq.

Bu modelin istehsalından daha çox gəlir götürməyə ümid edən “Chine Mobile” şirkəti artıq ilin sonunadək 70-80 milyon arasında “iPhone6” sifariş edib.

Gecikmənin əsas səbəbi kifayət qədər smartfon istehsal edilməməsi ilə bağlıdır. 2012-ci ildə korporasiya “iPhone 5”i ilk dəfə satışa çıxaranda qısa müddət ərzində istehsal olunmuş smartfonlar satılıb və anbarlarda boşluq yaranıb. Bu problemin təkrar olunmaması üçün “Apple” korporasiyası “iPhone6”nın satışa çıxarılması müddətini uzadır.

Qeyd edək ki, ötən ildə “iPhone 5S” və 5C dünyanın 35 ölkəsində ən çox satılan (50-60 milyon arasında) smartfon olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm