• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ərəb ölkələrini də silkələyən aktrisa - FOTOLAR

  • Digər
  • 29 Yanvar 2014 17:05
  • 9 385 Baxış
Ərəb ölkələrini də silkələyən aktrisa - FOTOLAR

Özünü ifadə etməyi sevmir. Gözəl olduğunun fərqində olsa da, sadəcə gözəlliyin yetmədiyini və tək başına heç bir dəyərinin olmadığını görəcək qədər ağıllı qadındır. Təkcə gözəlliyi ilə diqqət çəksə, ağıllı və istedadlı olmasa idi, cazibəsi danışdığı anda yox olardı. Müsahibə vermir, jurnalistlərdən qaçır, gözə görünməkdən heç xoşu gəlmir. Öz dünyasında yaşayır. Baxışları, hüznlü gözləri, gülüşü xəstəyə məlhəm kimidir. Tanımadığı insanlara güvənmir, təslim olmur. Anası hələ də stəkanına dərman atılacağından qorxur və qızına diqqətli olmasını tövsiyə edir. Özündən razı görünsə də, utancaq xanımdır. Beləliklə, bu gün “9 don” layihəsi çərçivəsində türk aktrisası Tuba Büyüküstünün həyatının maraqlı məqamları bölüşüb, gözəllik sirləri haqqında danışacağam. Əslində, bu qadının gözəllik sirri hamıya bəllidir, o təbii gözəldir. Bu Allahın heç kimə bəxş etmədiyi nadir hədiyyələrdən biridir. Boyu 1.72 sm, çəkisi 53 kq-dır, 31 yaşındadır və dünyalar gözəli Toprak və Maya adlı əkiz qızları var.

Tuba Büyüküstün 1982-ci ilin avqustunda İstanbulda dünyaya gəlib. Ailəsi Ərzurumlu olsa da, İstanbulda böyüyüb-başa çatıb.Ailənin tək övladıdır. Ana və atası işlədiyi üçün nənəsinin himayəsində böyüyür, erkən yaşda yataqxanaya göndərilir. Yəni, uşaqlıqdan hər işin öhdəsindən gəlməyi öyrənir. Ailənin tək övladı özünə qapanan xüsusiyyətləri ilə hər kəsdən fərqlənir. Elə buna görədir ki, təklikdən nə sıxılır, nə də ki, qorxur. Məktəb koridorlarında qızlarla dedi-qodu etmək, ya da bəyəndiyi oğlanları müzakirə etmək əvəzinə sinifdə oturub kitab oxumağı, yazı yazmağı üstün tutub. Uzun müddət qızlarla ünsiyyət qura bilməyib. “Onlarla anlaşa bilmirdim. 14 yaşında ağıllı bir insanla flirt edirdim, qaydasında gedən bir münasibətim var idi. Onlar isə məktəbli oğlanlara baxıb heyran olurdu. Münasibətimiz 3 il davam etdi. Dolayısı ilə bu onların anlayamadığı bir şey idi. Qısası onların qorxduğu şey mənə gülməli gəlirdi”.

İstanbul Özel Doğuş Məktəbi, Memar Sinan Gözəl Sənətlər Üniversitetinin Səhnə dekorları və Kostyum Modelyerliyi fakültəsindən məzun olur. Hələ üniversitetdə oxuyarkən reklam filmlərində çəkilir. Nə vaxtsa aktrisa olacağı ağlının ucundan belə keçməyib. Ta ki, Türkiyənin tanınmış rejissoru Beren Saatı kəşf edən rejissor Tomris Giritoğlu ilə tanış olana qədər. Hər rolun aktrisanın daxilindən gəldiyini düşünür. Pis rolu ifa edən aktrisa daxilindəki pisliklərdən qaynaqlanmalıdır. Yaxud da axmaq qadın rolunun öhdəsindən gəlmək üçün axmaq xüsusiyyətlərinizi göstərməlisiniz. Tuba üçün aktrisalıq belə bir mövhumdur. “Bu işi bacarmadığımı, buraya aid olmadığımı anlasaydım, həmin an hər şeyi atıb gedərdim. Kameraların qəribə sehri var...”

2004-cü ildə Çağan İrmakın rejissorluğu ilə çəkilən “Çemberimdə gül oya” adlı serialda Zərifə rolu ilə tamaşaçı sevgisini qazanır. Eyni ildə Cemal Şanın çəkdiyi “Gülizar” adlı serialda Şevket Çoruh və Yetkin Dikincilərlə baş rolları paylaşır. Həmçinin Türkiyədə böyük səs-küy yarandan “Babam və oğlum” filmində də oynayıb. “Asi” serialı da aktrisaya şöhrət gətirir. Amma ona əsas uğur gətirən “İhlamur altında” serialı olur. Bu serialdakı tərəf müqabili Bülent İnalla eşq yaşayıblar. Bülentlə hər fürsətdə xoşbəxt olduğunu dilə gətirən Tuba, hətta onun ailəsi ilə də tanış olmuşdu. Evlilik planları qursalar da, alınmır. Deyilənlərə görə, Bülent Beren Saata aşiq olduğu üçün münasibətləri bitir.

Gözəl qadının saymaqla bitməyən sevgi hekayələri

Onun haqqında yazanda həyatında bu qədər kişi olacağını düşünmürdüm. Belə ki, evlənənə qədər həyatında bir çox kişi olub. Rejissor Sami Saydan ilə 2 il nağıl kimi eşq yaşayırlar. Amma Tuba Saminin evlilik təkliflərini rədd edir. “Gönülçelen” serialındankı tərəf müqabili Cansel Elçin, “Asi” serialının qəhrəmanlarından biri aktyor Saygın Soysal və aktyor Tolqa Karaçeliklə bir müddət flirt ediblər.

2011-ci ildə isə Tuba Büyüküstün 7 ay sevgili olduğu və “Gönülçelen” serialında birlikdə oynadığı həmkarı Onur Saylakla Fransada gizlincə evlənir. Dəvətlilərin sayı 20 nəfəri keçmir. “Onuru serialdan əvvəl tanıyırdım, dostluq münasibətlərimiz var idi, yəni, ilk baxışda vurulmamışam. Aşiq olanda xəyalını qurduğunuz kişinin özəllikləri yox olur. Sevgi insanın gözlərini bağlayır”.

Evlənmədən necə hamilə qala bilər?, yaxud Ərəb ölkələrini də silkələyən aktrisa!

Çəkildiyi seriallar Tubaya ərəb dünyasında da geniş heyran kütləsi qazandırır. Hətta “Elle Arabia” jurnalının üz qabığına çəkilib, müsahibə verir. Lakin Tubanın evlənmədəm hamilə qalması ərəbləri qəzəbləndirmiş və xausa səbəb olmuşdu. Ərəblər “Evlənmədən necə hamilə qala bilər?” sualları ilə üsyan edirdilər.

“Həkim əkizim olduğunu deyəndə, heç təəccüblənmədim, qəribə də olsa, bunu hiss edirdim. Əvvəllər də xanım-xatın olmuşam, amma ana olduqdan sonra sanki başqa mərtəbəyə qalxdım. Əvvəllər ən böyük əyləncən nələrdir desələr, bir şey uydurardım. Amma indi qızlarımın mənə “ana” deyə müraciət etməsindən əyləncəli heç nə yoxdur”.

Doğuş prosesini, üstəlik əkizdirsə, necə ağır olduğunu özünüz təsəvvür edin. Normal doğuş istəsə də, əkizlərdən biri tərs gəldiyi üçün məcburən qeysəriyyə əməliyyatı olunur. Həkimlər körpələri olan kimi qucağına vermədiyi üçün, hətta onlara əsəbiləşib də...

Çox zəngin daxili dünyası var

Daxili aləmi, zahirindən daha zəngin və gözəldir. İşini çox sevir, amma 5 il sonra nə olacağını bilmir. Məşhurluğunu itirməsi vecinə də deyil. Bu işi sevdiyi üçün görür, 5 il sonra sevginin tükənməyəcəyinə kim zəmanət verə bilər ki? İnadçı qadındır. Sevmədiyi heç bir işi görmür. Onun tükənməz sevgisi həyat yoldaşı və qızlarıdır.

“Şöhrət nədir ki? Məşhur olmaq üçün aktrisalığa başlamadım. Bu, həkim, ya da müəllimə olmaq kimi bir şeydir. Tanınıram deyə, yaşamalı olduğum şeyləri təxirə salsam, özümə haqsız etmiş olaram. Mümkün olduğu qədər, özüm üçün yaşayıram.

Əvvəllər insanlara və həyata qarşı çox qapalı davranırdım. İndi dəyişmişəm, yumşalmışam. Bəlkə də analıq instinktidir... Uşaqlar əslində, kim olduğumuzu xatırlatmaq üçün gəlirlər. Qızlarıma baxanda təəccübümü saxlaya bilmirəm. Həyat yoldaşım, qızlarım yanımdadır. Sevdiyim işi görürəm. İnsana xoşbəxt olmaq üçün başqa nə lazım ola bilər ki?”

Adi insanların belə övladı dünyaya gələndə anası, ya da qaynanası uşağa baxmağa kömək edir. Tuba Büyüküstün isə heç kimdən yardım almır. Uşaqlara həyat yoldaşı Onurla köməkləşib baxıblar. “Xəstəxanadan çıxdıq, iki körpə olduğu üçün məcburən önə oturmalı oldum. Onur da maşın sürürdü. Macəra başladı, əlbəttə ki, ağladılar. Hər şey imtahan kimi idi, biz artıq bu imtahanı keçmişik. Gecələri çox yorğun olanda Onur oyandırmadan mənim sağdığım süddən verir, hətta altını dəyişdirirdi. Bu günə qədər nə şikayət etdik, nə də yorğunluqdan dəli olduq. Bir-birimizin eqosunu yüksəldən, təmin edən cütlüklərik”.

Uşaqlar, evlilik həyatı hamı kimi onların münasibətlərinə də təsir edir. “Daha fərqli həyəcan hiss edirəm, görmədiyim tərəflərini kəşf elədim, onun necə ata olduğunu gördüm. Artıq həyatımda həmişə olan bir adamın həyəcanını duyuram... Tamamilə ayrı dünyada yaşadığım üçün həyat yoldaşım bəzən məni başa düşməkdə çətinlik çəkir. Qısqanc biriyəm, qısqancılığımın hərdən bezdirici və çox təhlükəli olduğunu düşürəm”.

Onlar hər şeyi birlikdə edən ana və atadır. 2 aylıq körpələri hansı ana özünə əziyyət verib Parisə aparar ki? Uşaqlarını qucaqlarına alıb əsrarəngiz şəhəri gəziblər. Karyerasına davam etməyə başladıqdan sonra məcburən dayə tutmalı olurlar. Yanlarında olmasa da, bir an nəzarətdən kənar qoymur. Dayəyə uşaqların nə işlə məşğul olduğunu, nə etdiklərini çəkməyi tapşırıb. Qızları ilə bağlı hər şeydən xəbərdar olmalıdır.

“Onlara haqsızlıq etdiyimi düşünməyim, vicdan əzabı hiss etməyim bir yana, böyüdüyünü və özəl anlarını qaçırmaq istəmərəm. Özümü onların həyatından oğurlaya bilmərəm”.

Tuba tikiş tikməyi də xoşlayır, boş vaxtlarında qızları istədiyi kimi rahat və bəsit geyimlər tapa bilmədiyi üçün özü tikir. Əkizlərinin rahat olması üçün əlindən gələni edir. Rəfiqələrinin uşaqlarına da ad günlərində özü tikdiyi kombinizonlar hədiyyə edir.

Gözəllik sirləri

İdeal bədən xətlərinə malikdir. Amma nə idmanla məşğul olur, nə də pəhriz saxlayır. Ürəyi istəyən hər şeyi yesə də, nəfsini saxlaya bilən tiplərdəndir. Ruhun və bədənin bir-biri ilə barışıq olmasını ən böyük nemət adlandırır. Hər kəsə də bədənləri ilə ruhlarını barışdırmağı tövsiyə edir.

Mümkün qədər özünə qulluq etməyə çalışır. Təkcə aktrisa olduğu üçün deyil, baxımlı və gözəl qadın olmaqdan zövq alır.

Aktrisa Pantene, Maximum Cart, Kremini ve Molped reklamlarında çəkilib. Füsunkarlığı ilə avropalıların da diqqətini çəkməyi bacarıb. “Pantene” şampunun Belçikada reklamı üçün 2 milyon dollarlıq müqavilə imzalayıb.

Saçlarına təbii tərkibli maskalar tətbiq edir. Sağlam saçlar və gözəl dəri hər bir qadına özünə gözəl hiss etdirir. İstifadə etdiyi məhsulların təbii tərkibli olmasına fikir verir. “Saçım uzun və sağlam olmalıdır. Modelini dəyişdirməzdən əvvəl saç dəbini izləyirəm. Saç məhsullarının hamısının eyni markasından olmasına fikri verirəm. Saç uclarını kəsdirməklə saçın sağlam olacağına inanırdım. Buna görə də saçın uzunluğunu saxlayaraq, qorumağın yollarını bilmirdim. Sonralar saçın keyfiyyətini qoruyan məhsulları kəşf etdim və beləcə hər ay saç uclarını kəsdirməli olmuram”.

Rahatlamaq üçün bitki çayları içir. Fast food-un yanında bol salat yeməklə sağlamlığın qeydinə qalır. Tərəvəz və meyvəni çox sevir.

Gözəllik sirri klassik və çox bəsitdir. Dişlərini fıçalayır, üzünü yuyur və nəmləndirici çəkir. Bu qədər! Qarmaqarışıq heç nə yoxdur.

Əkizlərə hamilə olanda həddindən artıq kökələn aktrisa, aldığı çəkilərdən cəfəri sayəsində xilas olub. Hər səhər bir stəkan cəfəri suyu içib. Günorta və axşam yeməyində cəfərili qatıq yeyib. Duzsuz badamı isə çantasından əskik etmir. Həmçinin ananas, balıq və çoxlu su ilə qidalanır.

Çevirdi: AYTƏN

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR