İhsanoğlunun gəlini erməni çıxdı
Bizi izləyin

Digər

İhsanoğlunun gəlini erməni çıxdı

“Gəlinimə erməni deyirlər, anama isə rus”. ANS PRESS-in məlumatına görə, bu açıqlamanı Türkiyə müxalifətindən prezidentliyə namizəd olan Ekmələddin İhsanoğlu verib.

“Mənə qarşı təxribatyönlü xəbərlər yayırlar. Hökümət qüvvələri mənim qohumlarımı müxtəlif millətlərə mənsub edərək mənə şər atmaq istəyir. Gəlinimə erməni deyirlər-anama isə rus. Yaxşı əgər onlar ayrı millətdəndilərsə burda nə var ki? Mən bu açıqlamalara cavab vermirəm”- deyə İhsanoğlu CNNturk telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Türkiyədə ilk dəfə birbaşa vətəndaşlar tərəfindən seçim ediləcək prezident seçkilərində 3 namizəd var. Bunlar müxalif Ekmələddin İhsanoğlu, kürdyönlü Səlahəddin Dəmirtaş və iqtidar partiyasından olan Rəcəb Tayyib Ərdoğandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm