Xocalı sakinin fikirləri Türkiyə mətbuatında böyük əks-səda yaradıb
Bizi izləyin

Digər

Xocalı sakinin fikirləri Türkiyə mətbuatında böyük əks-səda yaradıb

Xocalı sakinin fikirləri Türkiyə mətbuatında böyük əks-səda yaradıb

Xocalı Soyqırımını Tanıtma və Araşdırma Mərkəzinin sədri Ceyhun Ələkbərovun Azərbaycan mətbuatına verdiyi müsahibə Türkiyə mətbuatında böyük maraq doğurub. Türkiyənin bir çox saytları Ceyhun Ələkbərovun fikirləri yayımlamaqdadır.

Həmin müsahibədə tarixən ermənilərin müəyyən qüvvələrin siyasətlərinə lazım olduqları zaman ortaya çıxaraq çirkin oyunların iştirakçısına və alətinə çevrilmələri bildirilir. Vaxtilə Rusiya çarı I Pyotr Qafqaz bölgəsində sosial dayaqlarını gücləndirmək üçün ermənilərdən çox məharətlə istifadə etməsindən, onun Qafqaz siyasətində ermənilərin xüsusi yer tutmasından bəhs olunur.

Müsahibədə Ceyhun Ələkbərov I Pyotrun Qafqaza yürüşünə erməni keşişləri və əsasən Qriqoriyan kilsəsinin hərtərəfli dəstək verdiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, erməni din xadimləri çara dəstək xarakterli məktublarında onun yanında olduqlarını yazıblar. Müsahibədə bildirilir ki, XIX əsrin ortalarından başlayaraq Osmanlı imperiyasının çökdürülməsində də ermənilərdən istifadə edilmiş, onların sürətlə təşkilatlanmasına dəstək verilib. Ceyhun Ələkbərov dünyaya göz açdığı Xocalı şəhərinin bir əsrdə 3 dəfə - 1905, 1918 və 1992-ci illərdə ermənilərin hücumuna məruz qalaraq yerlə-yeksan edildiyini bildirmişdir. Vurğulamışdır ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı insanlıq adına utanc gətirən hadisə kimi dünya mediasında da öz əksini tapıb. Diqqətə çatdırılmışdır ki, əsl həqiqətlər üzə çıxdıqca erməni lobbisi ilə bağlı yaranan "məğlubedilməz" mif fiaskoya uğramaqdadır.

Artıq dünya dövlətlərinin erməni diasporunun zaman-zaman, hətta erməni xalqı adından da uydurduğu dramatik yalanlara inanmadıqlarını ifadə etməkdədir. Bu da Azərbaycan dövlətinin güclənməsi, bölgədə və dünyada nüfuzunun gündən-günə artması, diaspor və lobbiçilik sahələrində işinin mərkəzləşdirilən şəkildə təşkil edilməsi ilə sıx bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm