Poroşenko avstraliyalı hərbçilər gətirir
Bizi izləyin

Digər

Poroşenko avstraliyalı hərbçilər gətirir

Prezident Pyotr Poroşenko Ali Radadan 250 avstraliyalı hərbçinin Ukraynaya buraxılmasını nəzərdə tutan iki ölkə arasında imzalanmış sənədin ratifikasiyasını istəyib.

Axar.az xəbər verir ki, bu bardə iyulun 25-də Ukrayna parlamentində qeydiyyatdan keçmiş N 0087 saylı qanun layihəsində deyilir. Sənədə əsasən, avstraliyalı mütəxəssislər qəzaya uğramış "Boinq 777" təyyarəsinin səbəblərinin araşdırılması, habelə təhlükəsizliyin təminatında yaxından iştirak edə bilərlər. Bütov bir personalın Ukrayna ərazisində fəaliyyəti nəzərdə tutulsa da, komandanlıq və nəzarətin Avstraliyadan aparılması planlaşdırılıb.

Xatırladaq ki, Ukrayna səmasında vurulan “Boinq 777” təyyarəsində ölən 298 sərnişindən 28-I Avstraliya vətəndaşı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm