• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Həkimlər 44 yaşlı kişini qadın çıxardı

  • Digər
  • 26 İyul 2014 17:20
  • 523 Baxış
Həkimlər 44 yaşlı kişini qadın çıxardı

Çinin Çjenyan əyalətininin Çen adlı 44 yaşlı kişinin qadın olduğu üzə çıxıb. ANS PRESS-in məlumatına görə, tibb işçiləri pasiyenti müayinə edərkən, onun əslində qadın olduğu qənaətinə gəliblər. Həkimlərin ona verdikləri xəbərə inanmayan Çen, evli olduğunu bildirib.

Çen qarnının aşağı hissəsində ağrı hiss etdiyi üçün həkimə müraciət edib. Xəstəni müayinə edən həkim ona bildirib ki, bu nasazlıq uğursuz menstruasiyanın (aybaşı) yaratdığı ağrılardır. Məlum olub ki, kişi cinsinin nümayəndəsində hülqum almacığı və xirtdək yoxdur, əvəzində isə uşaqlıq və yumurtalıqlar var.

"Pasiyentin əynində şalvar vardı və o, saçlarını çox qısa kəsdirmişdi. O, zərrə qədər də olsun qadına bənzəmirdi" -deyə xəstəxananın baş həkimi bildirib.

Tibbi personal Çenə nasazlığının aybaşı ilə əlaqəli olduğunu bildirdikdə, o, qışqır-bağır salıb. Xəstə evli olduğunu və arvadı ilə müntəzəm olaraq intim əlaqədə olduğunu söyləyib. Bir sözlə, həkimlər ona inanmayıblar.

Versiyalardan birinə görə Çen testosteronu artıq istehsal edən nadir xəstəlikdən əziyyət çəkir ki, qadın orqanizmi bu zaman deformasiyaya uğraya bilər. Həkimlər təəssüflə bildiriblər ki, Çenin xəstəliyi gecikmiş mərhələdə olduğundan müalicəsizdir. Оnun gələcək taleyi haqqında məlumat verilmir.

Kişinin əks cinsin nümayəndəsi olmasından xəbər tutması ilk hadisə deyil. Belə ki, Honkonq şəhərinin yaşlı sakininə də xəstəxanada bu xəbər verilmişdi.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR